Cəbhədən Xəbər 

Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir – VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Keçirilən məşğələlər zamanı azimutla hərəkət, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, patrul xidmətinin təşkili, eləcə də meşəlik ərazilərdə aşkar edilən şərti düşmənin pusquya salınaraq məhv edilməsi üzrə tapşırıqlar icra edilib. Həmçinin kütləvi qırğın silahlarından mühafizə üzrə dərslərdə də kursantlar fəal iştirak ediblər. Düşərgə toplanışı zamanı çalışmaların yerinə yetirilməsində əsas diqqət kursantların praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qorumaq məqsədilə qardaş Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni çox kədərləndirir. Sizin acınız bizim də acımızdır. Şəhid hərbi qulluqçulara rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin”.

Read More
Cəbhədən Xəbər 

MN işğaldan azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyətinin səviyyəsini nümayiş etdirdi – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün bütün imkanlar yaradılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yüksək döyüş hazırlığı, nizam-intizam və sağlam mənəvi-psixoloji mühitin yaradılması bölmələrin qarşısında qoyulan ilkin tələblərdən biridir. “Hərbi hissələrdə mövcud sosial-məişət şəraiti şəxsi heyətin nəzəri-praktiki biliklərinin artırılması, döyüş növbətçiliyinin tələblərə uyğun aparılması və mədəni-asudə vaxtının səmərəli təşkili üçün zəmin yaradır. Azad edilmiş ərazilərimizdə yerləşən bölmələrdə qoşun xidmətinin təşkili günün nizam qaydalarına uyğun olaraq davam etdirilir.…

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə müzakirələr apardı

Avqustun 8-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi general-polkovnik İsmayıl Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Tərəflər hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyini xüsusi qeyd ediblər. Görüşdə iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Read More
Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib. Xatırladaq ki, bundan öncə, avqustun 1-i saat 20:45-də Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilmişdi.

Read More
Cəbhədən Xəbər 

Tank bölmələrində intensiv döyüş hazırlığı məşğələləri keçirilir – VİDEO

2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığı üzrə məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, məşğələlərə başlamazdan əvvəl heyət üzvlərinə təhlükəsizlik qaydaları çatdırılıb. Ərazinin maketi üzərində qəbul edilən qərarlara dair məruzələr dinlənilib. Sonra müdafiədə tank taqımının atəşinin idarə olunması, həmçinin şərti düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə tapşırıqlar yerinə yetirilib. Tankçılarımız döyüş maşınlarının idarə olunması zamanı ərazidə təbii və süni maneələri dəf edərək, qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan qırıcıları səmada: Çətin təlimlərdən GÖRÜNTÜLƏR

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, hərbi pilotların ən müasir trenajorlarda uçuş vərdişləri məşq etdirildikdən, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilir. Ssenariyə əsasən “Su-25ML”, “Su-25” və “MiQ-29” tipli təyyarələr müəyyən edilmiş marşrutlar üzrə gecə məhdud görmə şəraitində və gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra edirlər. Həmçinin, təlim-məşq uçuşlarında gənc hərbi…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi hərbi hissə və bölmələrin döyüş hazırlığını yoxlayıb – FOTO

Müdafiə Nazirliyinin rəhbər heyəti tərəfindən bir neçə hərbi hissə və bölmələrin döyüş hazırlığı yoxlanılıb. Bu barədə nazirlikdən məlumat verilib. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti əvvəlcə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində yaradılmış ƏİK bölmələrində olub, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi üzrə görülən tədbirlərlə maraqlanıblar. Cari ildə bölmələrin ƏİK proqramı üzrə keçiriləcək qiymətləndirmə təliminə hazırlıq prosesi ilə bağlı komandir heyətinin məruzələri dinlənilib. Bildirilib ki, səhra təlim bazasında keçirilən taktiki-xüsusi hazırlıq üzrə məşğələlərdə əsas diqqət şəxsi heyətin müasir ümumqoşun döyüşünün…

Read More