Cəbhədən Xəbər 

Hərbçilərimiz zenit-raket komplekslərini işə saldılar: HHM təlimlərindən VİDEO

2023-cü ilin hazırlıq planına uyğun olaraq, Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib. Qarşıya qoyulan döyüş tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib .

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə şahinləri səmada: “Anadolu Qartalı – 2023”dən möhtəşəm görüntülər – FOTO/VİDEO

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin ilkin mərhələsində təyin olunmuş plana uyğun olaraq, uçuşlar zamanı təhlükəsizlik qaydaları və qarşıya qoyulan tapşırıqlar çatdırılıb. Ssenariyə əsasən, əvvəlcə şərti düşmənin hava hücumundan müdafiə vasitələri susdurulub. Hava üstünlüyü əldə edildikdən sonra təyyarələrimiz müxtəlif döyüş təyyarələri ilə birgə şərti düşmənin hava məkanına daxil olaraq yuxarı hündürlükdə döyüş manevrləri etməklə qarşı tərəfin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər. Təlimin birinci günündə qarşıya qoyulan tapşırıqlar pilotlar tərəfindən uğurla…

Read More
Cəbhədən Xəbər 

Ankarada Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib – FOTO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun modernləşdirilməsi, o cümlədən Türkiyə Ordusunun kiçik modelinin qurulması istiqamətində görülən işlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bununla əlaqədar olaraq, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfərə gedib. Nümayəndə heyəti Ankara şəhərində Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin rəisi general-mayor Esat Mahmut Yılmazla görüşüb. Görüş zamanı Türkiyə Respublikasının Hərbi Qanunvericiliyinin öyrənilməsi, bu istiqamətdə görüləcək birgə işlərin planlaşdırılması, eləcə də silahlı münaqişə zamanı beynəlxalq humanitar…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər rayonunun Abdullauşağı kəndi – FOTO

Kəlbəcər rayonunun Abdullauşağı kəndi Mozçayın sol sahilində, dağətəyi ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı – əkinçilik və heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Abdullauşağı kəndinin görüntülərini təqdim edir.  

Read More
Cəbhədən Xəbər 

Raket və Artilleriya Qoşunlarının təlimlərindən görüntülər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına müvafiq olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlimlər davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana əsasən bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb. Daha sonra atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi, özüyeriyən haubitsalar və artilleriya qurğularından döyüş atışları icra edilməklə şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edilib. Təlimlərdə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də bölmələrin döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirilir.

Read More
Cəbhədən Xəbər 

Cəbrayılda çoban minaya düşərək öldü – YENİLƏNİB + VİDEO

Cocuq Mərcanlıda mina partlayışı ilə bağlı cinayət işi açılıb. Bu barədə Oxu.Az-a Cəbrayıl rayon prokurorluğundan bildirilib. Mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi…

Read More
Cəbhədən Xəbər 

Zəngilan rayonunun Zəngilan şəhəri – FOTO

Zəngilan şəhəri eyniadlı şəhər inzibati ərazi dairəsində yerləşir. Şəhər ərazisi orta və alçaq dağlar sahəsində, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir. Şəhər Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də şəhəri işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Zəngilan şəhərinin görüntülərini təqdim edir.  

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir: “Şırnak-Uludərə yolunda qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri məni çox kədərləndirdi. Sizin kədəriniz bizim də kədərimizdir. Şəhid hərbi qulluqçulara rəhmət diləyir, onların yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin”.

Read More
Cəbhədən Xəbər 

Ermənistan ordusundakı özbaşınalığı Azərbaycana qara yaxmaqla ört-basdır etmək istəyir – EKSKLÜZİV VİDEO

Ermənistan Müdafiə Nazirliyinin həqiqətə uyğun olmayan xəbərlər yaymağı adət halına çevirdiyi hamıya bəlli olan faktdır. Xüsusən 44 günlük Qarabağ müharibəsində bunun bariz nümunələrinin şahidi olduq. Lakin düşmən müharibədən sonra da bu, biabırçı adətindən əl çəkmir. Belə ki, Ermənistan Müdafiə Nazirliyi aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə məlumat yayıb. Azərbaycanın Müdafiə Nazirliyi həmin məlumatı qəti surətdə təkzib edirək bəyan edib ki, bu, Ermənistanın növbəti dezinformasiyadır. Nazirlik Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlərin ciddi…

Read More