Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda döyüş atışlı məşğələlər keçirilir – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə döyüş atışlı məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, ümumqoşun poliqonunda keçirilən məşğələlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları icra ediblər. Çətin keçilən ərazilərdə təbii və süni maneələrin dəf edilərək döyüş maşınlarının idarə olunması, eləcə də zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Məşğələlər zamanı əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, eləcə…

Read More
Cəbhədən Xəbər 

Şəhid Şəhriyar Əlibəyli dəfn olundu – YENİLƏNİB + FOTO/CANLI YAYIM

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn olunub. ARANTV.AZ  xəbər verir ki, şəhidimiz İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. 12:19 Şəhid Şəhriyar Əlibəylinin cənazəsi İkinci Şəhidlər xiyabanına gətirilib. ARANTV.AZ  xəbər verir ki, şəhidin cənazə namazı qılınıb. 11:53 Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi başa çatıb. ARANTV.AZ xəbər verir ki, şəhidimizin cənazəsi dəfn edilməsi üçün İkinci Şəhidlər xiyabanına aparılır. 11:05 Şəhid Şəhriyar Əlibəylinin xatirəsinə ehtiramla yaşadığı bina sakinləri eyvanlardan bayraqlar asıblar.…

Read More
Cəbhədən Xəbər 

Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir – YENİLƏNİR + FOTO/CANLI YAYIM

Müdafiə Nazirliyinin rəsmiləri şəhid Şəhriyar Əlibəylinin vida mərasiminə gəliblər. ARANTV.AZ  xəbər verir ki, 1994-cü il təvəllüdlü şəhid Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi davam edir. 09:08 Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlunun nəşi Yasamal rayonunda yaşadığı evə gətirilib. ARANTV.AZ  xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı evdə keçirilir. Şəhidimiz İkinci Şəhidlər xiyabanında dəfn olunacaq. Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun bölmələri minaatanlardan atəşə tutulub

Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçisi ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub – FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Bu barədə Oxu.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin”, – Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.  

Read More
Cəbhədən Xəbər 

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar – VİDEO

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!”, – Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.

Read More
Cəbhədən Xəbər 

MN: Erməni qanunsuz birləşmələrinin təxribatının qarşısı alınarkən hər iki tərəfdən həlak olanlar var

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın  və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Read More
Cəbhədən Xəbər 

Ermənilərin Qarabağdakı qanunsuz birləşmələrə silah-sursat daşıdıqları avtomobil məhv edilib – FOTO

Ermənilər Qarabağda növbəti dəfə təxribata əl atıblar. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınarkən düşmənin nəqliyyat vasitəsi sıradan çıxarılıb. Bununla bağlı görüntülər əldə etmişik. Müvafiq fotolarda UAZ markalı yük avtomobilinin atışma zamanı tamamilə yararsız hala düşdüyü əks olunub.  

Read More
Cəbhədən Xəbər 

Ermənilərin Qarabağda törətdiyi təxribatdan sonra Şuşada vəziyyət necədir? – VİDEO

Ermənilər Qarabağda növbəti dəfə təxribata əl atıblar. Müdafiə Nazirliyindən verilən məlumata görə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Baku TV-nin Şuşaya ezam olan əməkdaşının mövzu ilə bağlı…

Read More