Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin tibb ehtiyatından qardaş Türkiyəyə yardım göndərilib – FOTO

Zəlzələ nəticəsində xəsarət alanlara dəstək olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsinin ehtiyatından qardaş ölkəyə zəruri tibbi ləvazimatların göndərilməsi həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Tibb İdarəsinin rəhbər heyətinin iştirakı ilə qan əvəzediciləri, antibiotiklər, sarğı və tikiş materialları, dezinfeksiya edicilər, eləcə də digər məsrəf tibbi əmlakdan ibarət, ümumilikdə 15 tonluq yük nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən qardaş ölkəyə yardım məqsədilə Azərbaycan Ordusunun bir qrup tibb personalı Kahramanmaraşda zəlzələ nəticəsində xəsarət alanlara səhra hospitalında tibbi xidmət göstərirlər.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun qoşun bölmələri atəş mövqelərində: Döyüş tapşırıqlarının icrası məşq edildi – VİDEO

Bu ilin döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar keçirilən praktiki məşğələlər uğurla icra olunur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılan bölmələr təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar. Raket və Artilleriya Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölmələri qarşılıqlı əlaqədə döyüş tapşırıqlarının icrası üzrə fəaliyyətləri praktiki yerinə yetiriblər. Qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişafı, eləcə də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin olunması məqsədilə keçirilən məşğələlərdə hərbi…

Read More
Cəbhədən Xəbər 

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Milli Müdafiə Universitetində keçirilən təlim kursunda iştirakçılara brifinq təqdim olunub, mobil təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı ətraflı məlumat verilib. Kurs müddətində “NATO və hərbi əməkdaşlıq”, “NATO-da əməliyyatların planlama prosesi”, “NATO-da əməliyyatların qiymətləndirilməsi”, “NATO-da əməliyyatların analiz sistemləri və bunlara əhatəli yanaşma” və digər mövzularda brifinqlər təqdim olunacaq, eləcə…

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı – FOTO/VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada bütün zəruri infrastruktur yaradılıb. Döyüş mövqelərində olan Baş Qərargah rəisinə əməliyyat şəraiti məruzə olunub. Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır,…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşdadır

Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunan hərbi tibb personalımız hazırda Kahramanmaraş ərazisindədir. Bu barədə Müdafiə Nazirliyi məlumat verib. Müxtəlif tibb ixtisasları üzrə təcrübəli hərbi həkimlərimiz zəruri tibbi yardımın göstərilməsi üçün tam hazır vəziyyətdədir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərdən ibarət heyəti Türkiyəyə göndərilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Kəlbəcərdəki bölmələrinin döyüş hazırlığı yoxlanılıb – FOTO

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Kəlbəcər rayonunda yerləşən bölmələrin döyüş hazırlığının yoxlanılması üçün mediatur təşkil edilib. “Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, jurnalistlər Murovdağ silsiləsinin 3 260 metr hündürlüyündə olan Ömər aşırımından keçərək Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində və rayon ərazisində yerləşən hərbi hissədə olublar. Səfər çərçivəsində KİV nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrə baş çəkiblər. Media nümayəndələri döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə yaxından tanış olublar. Daha sonra komandoların döyüş hazırlığı yoxlanılıb. Şəxsi heyət real döyüş şəraitinə uyğun olaraq təlimləri…

Read More
Cəbhədən Xəbər 

Bölmələrin döyüşə hazırolma qabiliyyəti məşq etdirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, plana uyğun olaraq, bölmələrin “həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrini  tərk etməsi məşq etdirilib. Müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşqlərdə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının bölmələri qarşılıqlı əlaqədə müxtəlif tapşırıqları yerinə yetiriblər. Məşğələlərdə əsas diqqət mümkün təhdidlərin qarşısını dərhal almaq məqsədilə qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişaf…

Read More
Cəbhədən Xəbər 

Növbəti “Komando başlanğıc kursu” başa çatıb – FOTO

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb. Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə töhfə verən bu kimi kursların əhəmiyyəti xüsusi qeyd edilib. Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs…

Read More
Cəbhədən Xəbər 

Baş Qərargah rəisi hərbi hissələrin intensiv döyüş hazırlığını yoxlayıb – FOTO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev hərbi hissələrdə olub, yeni tədris dövründə intensiv döyüş hazırlığı məşğələlərinin gedişini yoxlayıblar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Baş Qərargah rəisi məşğələlərin təşkili və icrası ilə bağlı komandir heyətinin məruzələrini dinləyib. Bildirilib ki, bölmələrdə döyüş hazırlığı tədbirlərinin keyfiyyətli təşkilinə xüsusi diqqət yetirilir. Müasir döyüşün aparılması üsulları nəzərə alınmaqla plana uyğun keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin fərdi bacarığının və taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsinə yönəldilib. Müdafiə nazirinin birinci müavini komandir heyətinə məşğələlərin real döyüş şəraitinə uyğun…

Read More