Cəbhədən Xəbər 

Britaniyalı mütəxəssislərin Azərbaycan hərbçilərinə keçdiyi təlim başa çatıb – VİDEO

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq proqramı çərçivəsində cari ilin 23 yanvar – 2 fevral tarixlərində Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssislərinin iştirakı ilə “Partlayış təhlükələri haqqında məlumatlandırma üzrə təlim kursu” keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Milli Müdafiə Universitetinin rəhbər heyətinin, Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun, o cümlədən hərbi attaşelik aparatının nümayəndələrinin, Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssislərinin və dinləyicilərin iştirakı…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun atəş hazırlığı çalışmalarından görüntülər – VİDEO

Quru Qoşunlarının 2023-cü il üzrə döyüş hazırlığı planına uyğun olaraq, atıcı silahlar və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atəş çalışmaları yerinə yetirilib. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Atışdan qabaq şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, onların nəzəri biliklərini artırmaq məqsədilə məşğələlər keçirilib. Atışın şərtləri ilə tanış olduqdan sonra müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular təlim sahələrində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi və şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər. Səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət şəxsi heyətin düzgün nişanalma qaydalarına əməl etməklə hədəfləri…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda keçirilən məşğələlərdən görüntüləri – FOTO/VİDEO

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris dövrünün nəzəri məşğələləri keçirilir. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Məşğələlərdə hərbi qulluqçulara onların vəzifə borcu və qarşıya qoyulan tapşırıqlar, eləcə də silah-texnikanın xüsusiyyətləri, onların effektiv istifadə olunması və təhlükəsizlik qaydaları çatdırılır. Qeyd edək ki, qoşunların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasını təmin etmək məqsədilə yeni tədris dövründə Azərbaycan Ordusunun hərbi hissələrində döyüşə hazırolma vəziyyətinin yoxlanılması üzrə tədbirlər həyata keçiriləcək. Bölmələr “Həyəcan” siqnalı ilə daimi dislokasiya…

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri: “Ermənistan Azərbaycanın sülh təklifinə müsbət yanaşmalıdır”

“Ermənistan Azərbaycanın sülh təklifinə müsbət yanaşmalıdır”. APA xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda keçirilən “Qış təlimi-2023”ün yüksək səviyyəli müşahidəçi günündə bildirib. Nazir azad edilmiş ərazilərin minalardan təmizləndiyini, yenidənqurma və bərpa prosesinin aparıldığını vurğulayıb. “Biz Azərbaycan Ordusu üçün peşəkar kadrların hazırlanmasındakı dəstəyinə görə Türkiyəyə təşəkkür edirik. Türkiyənin son illər müdafiə sənayesindəki uğurları bizi sevindirir”, – deyə Zakir Həsənov vurğulayıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu üçün minlərlə kilometr təminat yolu qardan təmizləndi – FOTO/VİDEO

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin yanvar ayı ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar örtüyündən təmizlənib. Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər plana uyğun davam etdirilir.  

Read More
Cəbhədən Xəbər 

ANAMA azad olunmuş ərazilərdə daha 218 mina aşkar edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb. ANAMA-dan Oxu.Az-a bildiriblər ki, yanvarın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə 157 mina və 523 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ay ərzində 1504,56 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən “Qış təlimi – 2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.

Read More
Cəbhədən Xəbər 

İşğal dövründə ermənilərin xarabalığa çevirdikləri Füzulinin Çimən kəndi – FOTO

Füzuli rayonunun Çimən kəndi Cuvarlı inzibati ərazi vahidində, dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Çimən kəndinin görüntülərini təqdim edir:  

Read More
Cəbhədən Xəbər 

Komandoların taktiki-xüsusi məşqlərindən görüntülər – VİDEO

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi məşqlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Komandolar kəşfiyyat cığırının açılması, maneələr zolağından keçid və digər fəaliyyətləri real döyüş şəraitində məşq edirlər. Həmçinin sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqlar uğurla icra olunur. Əməliyyat (Komando) bölmələri ilə keçirilən məşqlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib. Nazirlikdən verilən məlumata görə, tədbirlərdə döyüş bayrağı sıra meydanına gətirilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələblərini, Azərbaycan Ordusunun qarşında duran vəzifələri, eləcə də digər məsələləri şəxsi heyətin diqqətinə çatdırıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu tələblərə əsasən qoşunların…

Read More