Cəbhədən Xəbər 

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Erməni əsgərinin anası: “Övladlarımız boş yerə öldülər, bu torpaq bizə lazım deyildi”

“Uşaqlarımız boş yerə öldülər. Deməli, bu torpaq bizə lazım deyildi”. Bunu Qarabağda 44 günlük müharibə zamanı ölən erməni əsgər Jirayr Markaryanın anası Naira Markaryan Ermənistan KİV-nə müsahibəsində bildirib. Ermənistan hökumətini sərt tənqid atəşinə tutan 42 yaşlı qadın yeganə oğlunun qalıqlarını onun ölümündən doqquz ay sonra, özü də həlak olanların yaxınları axtarışda olan hərbçilərin qalıqlarını Abovyan morqunun zirzəmisindəki torbalarda aşkar etdikdən sonra təhvil ala bilib. “Oğlumu 18 yaşına qədər böyütdüm, dövlətə, orduya verdim. Bəs bunun müqabilində nə aldım? Sümük parçası. Morqda mənə nə verdilər, bilmirəm. Sadəcə, dedilər ki, bu sənin övladındır, vəssalam”.…

Read More
Cəbhədən Xəbər 

Quru Qoşunlarında döyüş atışlı taktiki təlimlər keçirilib – VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının motoatıcı bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərə cəlb olunan bölmələr praktiki fəaliyyətləri yerinə yetiriblər. Bölmələr döyüş texnikası üzərində müxtəlif irəliləmə üsullarını məşq ediblər və təyin olunmuş marşrutla hərəkət edərək şərti düşmən mövqelərinə yaxınlaşmaq, eləcə də aşkar olunan hədəflərin məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər. Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübələr nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi motoatıcı bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin…

Read More
Cəbhədən Xəbər 

Qarabağda Rusiya istehsalı olan PUA zərərsizləşdirilib

Dünən Azərbaycan Qoşunlarının Radioelektron mübarizə bölmələri Rusiya istehsalı olan “Orlan-10” PUA-sını Qarabağda endiriblər. Bu barədə Ermənistanın “Telegram” kanalları məlumat yayıb. Mənbənin sözlərinə görə, kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı sülhməramlıların müvəqqəti məsuliyyət zonasında, Azərbaycan mövqeləri yaxınlığında zərərsizləşdirilib. Sülhməramlı kontingentin müvəqqəti məsuliyyət zonasına düşən PUA separatçılar tərəfindən aşkar edilib.

Read More
Cəbhədən Xəbər 

MN: “Ermənistan hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır” – VİDEO

Noyabrın 17-si saat 11:00-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.

Read More
Cəbhədən Xəbər 

Qanunsuz erməni silahlı birləşmələrinin Ağdam və Xocalıda fəaliyyətlərinin qarşısı alındı

Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır. Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.

Read More
Cəbhədən Xəbər 

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir – VİDEO

2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılır. Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər çalışmalar üzrə məqbulları yerinə yetirirlər. Noyabrın 24-dək davam edəcək yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyən ediləcək.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib – FOTO/VİDEO

2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Real döyüş şəraitinə uyğunlaşdırılmış təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Mümkün təxribatın qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edən tabor cəmləşmə rayonu istiqamətində hərəkət edib və şərti düşməni zərərsizləşdirərək ilkin tapşırığı müvəffəqiyyətlə yerinə yetirib. Növbəti mərhələdə müşahidə postları qurulub və bölmələr tərəfindən yaşayış məntəqələrində axtarış əməliyyatları icra olunub. Təlimin keçirilməsində əsas məqsəd taborun döyüşə hazırolma vəziyyətinə gətirilməsi…

Read More
Cəbhədən Xəbər 

Erməni silahlıları mövqelərimizi atəşə tutublar

Noyabrın 15-i saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, Azərbaycan Ordusunun Ağdam rayonu ərazisində yerləşən mövqeləri də noyabrın 16-sı saat 00:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulub. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Mədət Quliyev pakistanlı nazirlə hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib – FOTO

Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyev pakistanlı nazirlə hərbi-texniki əməkdaşlığı perspektivlərini müzakirə edib. Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Bildirilib ki, M.Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “IDEAS 2022” 11-ci Beynəlxalq Müdafiə Sərgisində iştirak edir. Noyabrın 15-dən 18-dək davam edəcək mötəbər tədbirə dünyanın 57-dən çox ölkəsindən 300-dən çox nümayəndə heyəti qatılıb. “IDEAS 2022” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edən M.Quliyev stendləri ziyarət edib, o cümlədən qardaş Türkiyənin Müdafiə Sənayesi Komitəsinin stendi ilə tanış olub, nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri…

Read More