Cəbhədən Xəbər 

Bakıda MDB-nin Qərargah Rəisləri Komitəsinin iclası keçirilir

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası bu gün Bakıda öz işinə başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İclasda MDB ölkələrində hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, yekun protokolların imzalanması və növbəti il üçün birgə iş planının hazırlanması, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN Ermənistanın iddialarını təkzib etdi

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda bildirilib.

Read More
Cəbhədən Xəbər 

Ermənilərə xof yaşadanlar…

Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri birgə təlimlər vasitəsilə peşəkarlığını daha da artırır Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsi məqsədilə aparılan müasir ordu quruculuğu torpaqlarımızın işğaldan azad edilməsindən ötən iki il ərzində geniş vüsət alıb. Bu gün ölkəmizin təhlükəsizliyi üçün əsas faktorlardan olan bu sahədə ən yeni innovativ texnologiyalar tətbiq edilməklə zəruri islahatlar aparılır, təkmilləşdirmə prosesi həyata keçirilir. Cənubi Qafqazın ən güclüsü olan Azərbaycan Ordusunun yenidən qurulması zamanı qardaş Türkiyənin təcrübəsindən və müdafiə sənayesinin imkanlarından da geniş istifadə olunur. Bu isə Silahlı Qüvvələrimizin NATO standartlarına inteqrasiyasını sürətləndirir. Qeyd edək ki, 2021-ci il…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanlı həmkarı ilə görüşüb

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Bakıda keçirilən növbəti iclası çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qonağı salamlayan general-polkovnik K.Vəliyev hər iki ölkənin orduları arasında əməkdaşlığın inkişaf etdiyini və bu inkişafın cari ildə daha da sürətləndiyini vurğulayıb. O bildirib ki, hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, habelə aparılan təcrübə mübadilələri ordularımız arasında əlaqələrin…

Read More
Cəbhədən Xəbər 

Bakıda MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan respublikaları silahlı qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi iştirak edəcək. İclasa Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edəcək.

Read More
Cəbhədən Xəbər 

Ədliyyə müşaviri: “Gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə hücümlar təşkil olunub”

“4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə Gəncəyə açılmış atəşlər nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər (25 nəfəri Azərbaycan Respublikasının, 1 nəfər isə Rusiya Federasiyasının vətəndaşı) mülki şəxs qəsdən öldürülüb”. ARANTV.AZ  xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib. O bildirib ki, öldürülənlərdən 5 nəfəri 60 yaşdan yuxarı, 1 nəfəri 0-5 yaş arası,…

Read More
Cəbhədən Xəbər 

Ermənilər Daşkəsən istiqamətində mövqelərimizi atəşə tutdular

Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulub – RƏSMİ

Oktyabrın 10-u saat 09:55-dən saat 16:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə “Vertolyotların əməliyyatlarda istifadəsi” mövzusunda təlim kursu keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə kurs iştirakçılarına brifinq təqdim olunub, mobil təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı məlumatlar verilib. Bildirilib ki, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində keçirilən kurs müddətində HHQ aidiyyatı bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər…

Read More