Cəbhədən Xəbər 

General: “Azərbaycan Ordusu tam şəkildə Türkiyə formatına keçib”

“Azərbaycan Ordusu tam şəkildə Türkiyə formatına keçib. Həm təhsil, həm proqramlar, həm təchizat, həm ştat strukturu, həm də idarəçilik artıq yeni formadadır”. Bunu APA-ya açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov deyib. O bildirib ki, Türkiyə ilə hərbi sahədə təcrübə mübadiləsi bu gün də davam etdirilir: “Bir ildən artıqdır yeni proqramlarla təhsil aparılır. Biz hesab edirik ki, bu təhsil modeli daha güclü və daha effektiv olacaq. Hərbi məktəbdən buraxılan gələcəyin zabitləri həm idarəetmə, həm qərar qəbuletmə qabiliyyətinə görə daha savadlı yetişəcəklər. Digər tərəfdən, ən əsas…

Read More
Cəbhədən Xəbər 

Laçında ermənilərin PUA-sı ələ keçirildi – VİDEO

Laçın istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Read More
Cəbhədən Xəbər 

Qarabağ alınsın sonra evlənəcəm deyən XTQ-nin peşəkar snayperi şəhid İbrahim Sadıqlı – VİDEO

Baku TV-nin əməkdaşı Anım Günündə Xüsusi Təyinatlı Qüvvələrin peşəkar snayperi şəhid İbrahim Sadıqlının ailəsini ziyarət edib. Döyüş yolu Murovdağdan başlayan şəhid Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub. Şəhidin atası Şahin Sadıqovun sözlərinə görə, İbrahimin verdiyi dəqiq koordinatlar sayəsində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib, texnikası sıradan çıxarılıb. “Hərbi hissə komandiri mənə məktub göndərmişdi və həmin məktubda deyilirdi ki, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş və texnikasını sıradan çıxarmış, hərbi əməliyyatların yerinə yetirilməsi zamanı öz həyatını təhlükə qarşısında qoymuş hərbi qulluqçulara verilir. Amma İbrahım həyatını təhlükə qarşısında…

Read More
Cəbhədən Xəbər 

Zaqatalada Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib – FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Daxili Qoşunların hərbi qulluqçularının məzarlarını və ailə üzvlərini ziyarət ediblər. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, əvvəlcə şəhidlərin məzarlərı üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub və əziz xatirələri dərin ehtiramla yad edilib. Daha sonra mərd oğullarımızın ailə üzvlərinin yaşadıqları evlərdə qonaq olan polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Həmçinin, 27 sentyabr – Anım Günü ilə əlaqədar rayon ərazisində təşkil olunan ağacəkmə aksiyasıda polis şöbəsinin şəxsi heyəti də fəal iştirak edib. Yeni əkilən tinglər…

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsi veteranı: “Hər birimiz hazır vəziyyətdə əmr gözləyirik” – FOTO

“İki il öncəyə qayıtmaq çox çətindir. Qarışıq hislər keçirirəm. 27 sentyabr elə gündür ki, hər an hazır vəziyyətdə dayanırsan. Elə zənn edirəm ki, bu dəqiqə yenə zəng gələcək”. Bu sözləri Oxu.Az-a müsahibəsində Vətən müharibəsi iştirakçısı Sudeyif Abbasov deyib. Abbasov Sudeyif Vaqif oğlu 1996-cı il noyabrın 26-da Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. Hərbi xidmətə 2015-ci ilin oktyabrında kəşfiyyatçı olaraq başlayıb, aprel döyüşlərində, Lələtəpənin azad olunmasında iştirak edib. 2017-ci ilin aprel ayında hərbi qulluğunu başa çatdırıb. – Döyüşə yollanmağınızdan danışaq. İkinci Qarabağ müharibəsinə nə zaman qatıldınız? – Zəng gələcəyini bilirdim. Çünki aprel döyüşlərinin iştirakçısı…

Read More
Cəbhədən Xəbər 

Bütün cəbhə boyu şiddətli döyüşlər gedir – 27 SENTYABR, 2020-Cİ İL, 12:11

Müdafiə Nazirliyinin məlumatı: Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar. Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən müharibəsinin ildönümü ilə əlaqədar şəhid ailələrinə başsağlığı verib. ARANTV.AZ  xəbər verir ki, bunu müdafiə naziri II Şəhidlər xiyabanını ziyarət edən zaman bildirib. “Bu gün Azərbaycanda Anım Günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr versin”, – Z.Həsənov qeyd edib.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Şəhidlər xiyabanında – Fotolar

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. ARANTV.AZ  xəbər verir ki, vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub. Şəhid olan hərbi qulluqçularımızın döyüş yolu və göstərdikləri igidlikdən söhbət açılıb.

Read More