Cəbhədən Xəbər 

Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən müharibəsinin ildönümü ilə əlaqədar şəhid ailələrinə başsağlığı verib. ARANTV.AZ  xəbər verir ki, bunu müdafiə naziri II Şəhidlər xiyabanını ziyarət edən zaman bildirib. “Bu gün Azərbaycanda Anım Günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr versin”, – Z.Həsənov qeyd edib.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Şəhidlər xiyabanında – Fotolar

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. ARANTV.AZ  xəbər verir ki, vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub. Şəhid olan hərbi qulluqçularımızın döyüş yolu və göstərdikləri igidlikdən söhbət açılıb.

Read More
Cəbhədən Xəbər 

Ermənilərin Kəlbəcərdə basdırdıqları minalar zərərsizləşdirildi

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində Kəlbəcər rayonunun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə “PMN-Э” və doqquz ədəd tank əleyhinə “TM-62” minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Read More
Cəbhədən Xəbər 

Növbəti “Komando başlanğıc kursu” başa çatıb – FOTO

2022-ci ilin hazırlıq planına əsasən, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Buraxılış mərasimində çıxış edən general-mayor Vasif Kazımov şəxsi heyətə Müdafiə Nazirliyinin rəhbər heyətinin təbriklərini çatdıraraq, hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb. Kursu bitirən hərbi qulluqçulara sertifikat və beretlər təqdim olunub. Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib.  

Read More
Cəbhədən Xəbər 

Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq, nazirliyin rəhbərliyi və digər hərbi qulluqçular tərəfindən Fəxri və Şəhidlər xiyabanları ziyarət olunacaq, ulu öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad ediləcək. Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdiriləcək. Tədbirlərdə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun hərbi qulluqçularının xəsarət alması barədə məlumatlar yalandır – RƏSMİ

Erməni sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır. Bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır: “Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur”.

Read More
Cəbhədən Xəbər 

Erməni diversantlar tərəfindən quraşdırılmış partlayıcı qurğular zərərsizləşdirilib – VİDEO

Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri erməni diversantlar tərəfindən quraşdırılmış partlayıcı qurğu aşkar edərək zərərsizləşdiriblər. Bu barədə “Caliber”in “Telegram” kanalında məlumat verilib. Ermənistanla Azərbaycanın şərti sərhədində aşkarlanan partlayıcının əldəqayırma üsulla hazırlanaraq 152 mm-lik mərmiyə doldurulduğu qeyd edilir. Onun çəkisi 55 kq-dan çox olub. Mərmi çoxlu sayda canlı qüvvə və texnikanı məhv etmək üçün nəzərdə tutulub.  

Read More