Cəbhədən Xəbər 

Ordumuzun döyüş hazırlığı ilə bağlı yoxlamalar keçiriləcək

Döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən Azərbaycan Ordusunun qoşunlarında yoxlamalar keçiriləcək. Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intevsivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanmasına dair xüsusi göstərişlər verib. Qeyd edək ki, iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib

İyulun 30-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycan Ordusuna yüksək qiymət verildiyini diqqətə çatdıran müdafiə naziri dövlətimizin başçısı tərəfindən səsləndirilən fikirlərin Azərbaycan Ordusunun qarşısında qoyulan vacib…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub – MN

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Read More
Cəbhədən Xəbər 

Xocavənddə xeyli sayda silah-sursat aşkarlandı – VİDEO

Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə erməni hərbi birləşmələrinə məxsus xeyli sayda silah-sursat aşkar edilib. Tapılan 3 avtomat, 2 qumbaraatan, 1 pulemyot, 1 tapança, eləcə də 12 ədəd tank və 5 ədəd piyada əleyhinə mina, 30 ədəd qumbaraatan mərmisi, 2 318 ədəd müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan tankçılarının təlimindən möhtəşəm görüntülər – VİDEO

Ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tank heyətləri minalanmış sahələri, təbii və süni maneələri dəf etdikdən sonra şərti düşmən hədəflərinin, həmçinin tank əleyhinə vasitələrinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər. Məşğələlərdə əsas diqqət tank bölmələrinin döyüş hazırlığının yüksəldilməsinə və heyət üzvlərinin fərdi bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Read More
Cəbhədən Xəbər 

Xızıda “Qrad” mərmisi və aviabomba aşkarlandı – FOTO/VİDEO

Xızı rayonu ərazisində hərbi sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Xızı rayonu, Ağdərə kəndi ərazisində partlayış təhlükəli əşya aşkar edilməsi barədə məlumat daxil olub. Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd döyüş başlıqsız 9m22s markalı “Qrad” mərmisi və 1 ədəd döyüş tətbiqinə yararlı…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanlıların da şücaət göstərdiyi Birinci Dünya müharibəsinin başlamasından 108 il ötür

Birinci Dünya müharibəsinin başlamasından 108 il ötür. ARANTV.AZ  xəbər verir ki, bu savaş bəşəriyyət tarixində İkinci Dünya müharibəsinə qədərki ən böyük müharibədir. 28 iyul 1914-11 noyabr 1918 illərini əhatə edən müharibənin adı İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanıb. Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: “Antanta”da Böyük Britaniya, Fransa və Rusiya imperiyası, “Üçlər ittifaqı”nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya var idi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya İmperiyası və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi…

Read More
Cəbhədən Xəbər 

ABŞ generalı Azərbaycanda hərbi hissəni ziyarət edib – FOTO

ABŞ ilə Azərbaycan Respublikası arasında ikitərəfli hərbi əməkdaşlığa və “Ştatla Tərəfdaşlıq Proqramı”na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklahoma ştatı ilə “Ştatla Tərəfdaşlıq Proqramı”nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.  

Read More