Cəbhədən Xəbər 

Kəlbəcərdə minaya düşən zabitin ayağı amputasiya edildi

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində minaya düşən hərbi hissə komandiri İsbəndiyarov Vüqar Tofiq oğlunun son durumu məlum olub. Modern.az-ın əldə etdiyi məlumata görə, hərbçinin sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub. Yaxınlarının bildirdiyinə görə, təcrübəli zabitin sağ ayağının aşağı ətraflarında sınıq və çıxıqlar meydana gəlib. Hərbi qulluqçunun ümumi vəziyyətinin stabil olduğu bildirilir. V.İsbəndiyarovun hazırda cərrahi əməliyyatda olduğu qeyd edilib. Xatırladaq ki, ötən gün Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri polkovnik-leytenant Vüqar İsbəndiyarov minaya düşüb. Vüqar İsbəndiyarov Cəmilli kəndində minaya düşərək ağır…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun polkovniki Kəlbəcərdə minaya düşdü – RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb. Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Qeyd edək ki, Vüqar İsbəndiyarov polkovnik rütbəsi daşıyır.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər hərbi prokurorluğundan mina partlayışı barədə AÇIQLAMA

Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Kəlbəcər hərbi prokurorluğunun məlumatında deyilir. İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub. Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət…

Read More
Cəbhədən Xəbər 

MN: “Bir neçə hərbi qulluqçunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır”

Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildiririk ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırırıq.

Read More
Cəbhədən Xəbər 

Erməni silahlıları doqquz dəfə təxribat törədiblər – RƏSMİ

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat…

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. Agentlikdən verilən məlumata görə, iyulun 18-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 184, tank əleyhinə 11 mina və 181 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 953 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Əsgərimiz itkin düşüb

  İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.   ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.   Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.   Hazırda faktla bağlı araşdırma aparılır.    

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə mühəndis-istehkamçıları birgə məşğələlər keçirlər – FOTO/VİDEO

Mühəndis Qoşunlarında şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə müntəzəm olaraq nəzəri və praktiki dərslər, məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin də iştirakı ilə keçirilən dərslərdə hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər. Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçulara mühəndis-istehkam qurğularının taktiki-texniki xüsusiyyətləri və onlardan istifadə qaydalarının öyrədilməsi ilə şəxsi heyətin döyüş hazırlığının artırılmasından ibarətdir.  

Read More
Cəbhədən Xəbər 

Gültəkin Əsgərovanın anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Gültəkin Əsgərovanın anım günüdür. ARANTV.AZ xəbər verir ki, o, 1960-ci il noyabrın 20-də Bakıda anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 nömrəli təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Respublika Kliniki Uroloji Xəstəxanada işləyib. Qarabağ müharibəsi başladığı zaman öz körpəsini anasına əmanət edərək, cəbhəyə yardım etməyə gedib. O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib. Şuşa şəhərinin həbsxanasında…

Read More