Azərbaycan Ordusu dünyanın hərbi ekspertlərini heyrətləndirir
70 il sovet imperiyasının tərkibində yaşamaq məcburiyyətində qalan Azərbaycan xalqı həmişə müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, müvafiq tarixi şəraitin yaranması kimi obyektiv səbəbdən bu arzusuna yalnız keçən əsrin sonlarında 18 oktyabr 1991-ci il tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmaqla nail oldu. Həmçinin Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin dövründə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanmışdır. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edilmiş və Milli Ordu Osmanlı dövlətinin Qafqaz…
Read More