Cəbhədən Xəbər 

MN: “Azərbaycan Ordusunun heç bir yerdəyişməsi və hərəkəti həyata keçirilmir”

“Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini əks etdirən video və fotolar yayılır”. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yayılan bu video və fotolar Vətən müharibəsi zamanı və əvvəllər keçirilmiş müxtəlif təlimlərdə qeydə alınan köhnə görüntülərdir. Hazırda Azərbaycan Ordusunun heç bir yerdəyişməsi və hərəkəti həyata keçirilmir. Bu mövzuda aparılan müzakirələr ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur. Sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa  çağırırıq.

Read More
Cəbhədən Xəbər 

“Caliber”: Pirlər kəndini erməni jurnalistlər “atəşə tutub” – VİDEO

Ermənistan Müdafiə Nazirliyinin mətbuat departamentinin keçmiş rəhbəri Artsrun Hovanisyanın uzun müddət ictimaiyyət qarşısına çıxmamasına baxmayaraq, onun “yaradıcılığı” yaşayır və çiçəklənir. Bu barədə “Caliber”in Pirlər kəndinin guya Azərbaycan artilleriyası tərəfində atəşə tutulması barədə erməni mediasının saxta görüntülərinin ifşasına həsr edilmiş yeni süjetində bildirlir. Qeyd olunur ki, Ermənistan ictimaiyyəti 30 illik qəflət yuxusunu və 44 günlük müharibə zamanı yaşanan sarsıdıcı şoku məhz ölkənin “kütləvi beyin yuma vasitələrinə” borcludur. Daha ətraflı “Caliber”in növbəti videomaterialında:

Read More
Cəbhədən Xəbər 

Xocavənd və Tərtər rayonları istiqamətlərində mövqelərimiz atəşə tutulub – RƏSMİ

Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Read More
Cəbhədən Xəbər 

Ordumuzun mövqeləri atəşə tutulub

Martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd  və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More
Cəbhədən Xəbər 

Mövqelərimizin tez-tez atəşə tutulması Ermənistanın revanşist və təxribatçı niyyətlərindən xəbər verir

Cəlil Xəlilov: “Rəsmi İrəvan təxribatlarından əl çəkməsə, Azərbaycan anti-terror əməliyyatına start verə bilər” “Azərbaycan ordusunun mövqelərinin tez-tez atəşə tutulması Ermənistanın revanşist və təxribatçı niyyətlərindən xəbər verir”. ARANTV.AZ  xəbər verir ki, bunu saytımıza açıqlamasında Mühatibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər göstərir ki, rəsmi İrəvan hələ də 44 günlük Vətən müharibəsində Ermənistanın yaşadığı rüsvayçı məğlubiyyətdən nəticə çıxarmaq istəmir: “Təbii ki, Ermənistanın son günlər ordumuzun mövqelərini müxtəlif atıcı silahlardan atəşə tutması, təmas xəttində tez-tez gərginliklər yaratması heç də təsadüfi…

Read More
Cəbhədən Xəbər 

Hərbi attaşelər “İqlim” Elmi İstehsalat müəssisəsini ziyarət ediblər

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat müəssisəsini ziyarət ediblər. MN-dən “İki sahil”ə verilən xəbərə görə, hərbi attaşelərə müəssisənin fəaliyyəti və istehsal olunan atıcı silahlarla bağlı ətraflı məlumat verilib. Nümayəndələr müəssisədə istehsal olunan hərbi təyinatlı məmulatların hazırlanma prosesini izləyiblər. Bildirilib ki, müəssisədə istehsal olunan atıcı silahlar beynəlxalq sərgilərdə nümayiş etdirilməklə yanaşı, ixracı da həyata keçirilir. Qonaqlar burada, həmçinin istehsal olunan hərbi təyinatlı məmulatlarla bağlı sərgiylə tanış olublar. Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını…

Read More
Cəbhədən Xəbər 

Mövqelərimiz atəşə tutulub

Martın 10-u saat 19:45-dən martın 11-i saat 08:35-dək Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə məruz qalıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən  müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub. Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd, Aşağı Şorca, Əzizli yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə və Yuxarı Ayrım yaşayış məntəqələri…

Read More
Cəbhədən Xəbər 

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar

Martın 10-u saat 19:45-dən martın 11-i saat 08:35-dək Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə məruz qalıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub. Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd, Aşağı Şorca, Əzizli yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini də atəşə tutub. Bölmələrimiz…

Read More
Cəbhədən Xəbər 

Ağdam, Xocavənd və Füzuli istiqamətində mövqelərimiz atəşə tutulub – RƏSMİ

Martın 10-u saat 09:50-dən 17:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Read More