Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
Martın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, həmçinin digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. Dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraiti və mənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində…
Read More