Cəbhədən Xəbər 

Şuşada yol qəzasında həlak olan hərbçi dəfn olunub

Ötən gün Şuşada baş verən yol qəzasında həlak olan hərbi qulluqçu Vüsal Kazımov dəfn edilib. ARANTV.AZ  xəbər verir ki,  hərbi qulluqçu II Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində hərbi qulluqçunun yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə fəxri qarovul düzülüb. Qeyd edək ki, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Read More
Cəbhədən Xəbər 

Şuşada şəhid olan əsgər İkinci Şəhidlər xiyabanında dəfn olunacaq – YENİLƏNİB + FOTO/VİDEO

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında şəhid olan əsgər Vüsal Vüqar oğlu Kazımovun dəfn olunacağı məkan məlum olub. “Report”un əldə etdiyi məlumata görə, şəhid V.kazımov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq. Şəhid vida mərasimindən sonra torpağa tapşırılacaq. 11:02 Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib. “Report”un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alıb. 10:38 Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan əsgər Vüsal Vüqar oğlu Kazımovun nəşi artıq ailəsinə təhvil…

Read More
Cəbhədən Xəbər 

Şuşada həlak olan əsgərə şəhid statusu verilib – YENİLƏNİB + FOTO/VİDEO

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib. “Report”un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alıb. 10:38 Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan əsgər Vüsal Vüqar oğlu Kazımovun nəşi artıq ailəsinə təhvil verilib. “Report”un Qərb bürosunun məlumatına görə, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2000-ci il təvəllüdlü V.Kazımov vida və dəfn mərasimlərinin Tovuz rayonunda olması nəzərdə tutulsa da, sonradan ailəsinin qərarı dəyişib. Onun yaxınları Bakı şəhərində yaşadıqları üçün vida…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ordusunun əsgəri həlak oldu – FOTO

Azərbaycan ordusunun əsgəri avtomobil qəzasında həlak olub. Bu barədə Oxu.Az-ın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.  

Read More
Cəbhədən Xəbər 

Minaatan bölmələrimiz atəş mövqelərini tutdu: Təlim həyacanı – VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələr atışdan əvvəl ərazidə açılma, atəş mövqelərinin tutulması və minaatanların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər: “Minaatanlardan yarımdüzünə tuşlama ilə tək hədəfə yerindən atış üzrə təlim atış çalışmaları müvəffəqiyyətlə icra olunub. Bölmələrin təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq uğurla həyata keçirilir”.

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə 159 mina aşkarlanıb – FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, fevralın 1-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 63 mina və 601 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 379,6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.  

Read More
Cəbhədən Xəbər 

Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 2-si saat 20:50-dən 21:16-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Read More
Cəbhədən Xəbər 

Pakistanın nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrində olub – FOTO

Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəisi kontr-admiral Şifaat Ali Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın məzarları üzərinə gül dəstələri qoyublar. Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral S.Bəkirov qonaqları salamlayaraq Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi vurğulayıb. Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu, DTX və FHN Naxçıvanda birgə təlim keçirdi – FOTO/VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimə Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə bərabər Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələri də cəlb edilib. Şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, idarəetmə orqanlarının əməliyyatların planlaşdırılmasında uzlaşmış fəaliyyətinə nail olmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib. Məşqlər zamanı bölmələrin qış şərtlərində ərazidə məskunlaşma…

Read More
Cəbhədən Xəbər 

Şəmkir yaxınlığında partlayış səslərinin səbəbi AÇIQLANDI

Azərbaycan ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. “Məlumat üçün qeyd edək ki, Seyfəli poliqonunda həyata keçirilən zərərsizləşdirmə işləri artıq yekunlaşdırılıb. Plana uyğun olaraq utilizasiya prosesinin bir hissəsinin Qaraheybət poliqonunda davam etdirilir. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını bildiririk”, – məlumatda qeyd edilib. Qeyd edək ki, Seyfəli poliqonu Şəmkir rayonunda yerləşir.

Read More