Cəbhədən Xəbər 

Ötən ay Azərbaycanda qeydə alınan mina partlayışlarının sayı açıqlanıb

Ötən ay Azərbaycanda qeydə alınan mina partlayışlarının sayı açıqlanıb. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, fevral ayında 2 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. O qeyd edib ki, nəticədə bir mülki şəxs kasetli silah qalığının partlamasından həlak olub: “İki mülki şəxs isə piyada əleyhinə mina partlamasından yaralanıb. 2022-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Yevlax və Tərtər rayonlarının ərazisində baş verib. Ümumilikdə 2022-ci ilin ilk iki ayında 6 nəfərin minalardan və partlamamış hərbi sursatlardan…

Read More
Cəbhədən Xəbər 

Hərbi hissədə taktiki təlim keçirilib

Döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim keçirilib. ARANTV.AZ xəbər verir ki, təlimin senarisinə uyğun olaraq bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar edilərək zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər. Taktiki təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul qaydaları VİDEO

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb, Stomatologiya və Hərbi feldşer işi ixtisasları üzrə 2022/2023-cü tədris ili üçün qəbul qaydaları: I.ÜMUMİ MÜDDƏALAR Tədris dili: Azərbaycan dili Təhsil forması: əyani Hərbi tibb, Stomatologiya və Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından hərbi xidmətə yararlı qərarı ilə keçmiş namizədlər buraxılır. Təhsil müddəti: Hərbi tibb ixtisası – 6 il Stomatologiya ixtisası – 5 il Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər ödənişsiz əsaslarla təhsil alırlar. Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək, Stomatologiya ixtisası üzrə qəbul olmuş şəxslər 3-cü kursadək təhsil aldıqdan sonra…

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə daha 57 mina aşkarlanıb – FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, fevralın 21-dən 26-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 24 mina və 266 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 94,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.  

Read More
Cəbhədən Xəbər 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2022/2023-cü tədris ili üçün kursant qəbulu qaydaları

I.ÜMUMİ MÜDDƏALAR Tədris dili: Azərbaycan dili Təhsil forması: əyani Təhsil müddəti: 4 il Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 153 AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir. Heydər Əliyev adına Azərbaycan…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

“13-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası”nın protokoluna uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup zabit heyəti Türkiyə Respublikasında səfərdə olub. Türkiyə Quru Qoşunları, Hərbi Təyyarəçilik və Hərbi Dəniz Qüvvələri məktəblərini, eləcə də Türkiyə Respublikası Milli Müdafiə Universitetini ziyarət edən nümayəndə heyəti burada təhsil alan azərbaycanlı kursantlarla görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıblar. Səfər çərçivəsində polkovnik Elşad Əbilov və polkovnik-leytenant Tural Maniyev “Xocalı soyqırımı” və “Qarabağ zəfəri” mövzusunda məruzələrlə çıxış ediblər. Görüşlər zamanı “Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm qələbə, Azərbaycan və Türkiyə xalqlarının tarixi qardaşlığının və əməkdaşlığının bariz nümunəsidir” mövzusunda brifinq…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək qoşun növlərinin, hərbi hissələrin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər. “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul  olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına…

Read More
Cəbhədən Xəbər 

Naxçıvan Qarnizonu qoşunlarında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. ARANTV.AZ  xəbər verir ki,  1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün beynəlxalq hüquq normalarını pozmuş Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıya ağır hərbi texnika yeridilib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulub. Bəşəriyyətə qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə…

Read More
Cəbhədən Xəbər 

MN: “76 min nəfərin adı “Zəfər” altsistemi vasitəsilə portala daxil edilib”

“Müharibə veteranı” adının verilməsi üçün məlumatların “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilməsi məqsədilə Müdafiə Nazirliyində fəaliyyət göstərən komissiyanın işi davam edir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Vurğulanıb ki, təqdim edilən sənədlər və daxil olan müraciətlər əsasında döyüşlərdə iştirak etmiş 76000 nəfərin adı artıq “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilib: “12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir. Qeyd edək ki, “Müharibə veteranı” adının verilməsi ilə bağlı vətəndaşlardan daxil olan müraciətlər Müdafiə Nazirliyinin müvafiq komissiyası tərəfindən rəsmi qaydada cavablandırılır. Verilən cavabla qane olmayan bəzi vətəndaşlar sosial…

Read More