Cəbhədən Xəbər 

Komandoda xidmət keçmək istəyənlərin qəbulu elan edilir

Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə…

Read More
Cəbhədən Xəbər 

Zirehli texnika və tanklar təlimlərə qatıldı – VİDEO

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, icra olunan çalışmalarda əsas məqsəd sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərini, eləcə də tuşlayıcı operatorların texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, mexanikləşdirilmiş və tank bölmələrinin döyüş hazırlığının daha da yüksəldilməsidir. Çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edilib

ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər merləri 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıb. Mitç Kolvin, Eleyn M. O’Nil və Jak Qilbertin imzaladıqları bəyannamələrdə bildirilib ki, Apeks, Darem və Fayetvill şəhərlərində və dünyada yaşayan Azərbaycan icması hər il 26 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və kədər hissi ilə yad edir. Sənədlərdə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq Təşkilatının öz töhfəsini verdiyinə diqqət cəlb edilib. Qeyd edək ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.  

Read More
Cəbhədən Xəbər 

Füzuli istiqamətində mövqələrimiz atəşə tutulub – RƏSMİ

Azərbaycan Ordusunun Füzuli  rayonunun  Yuxarı Veysəlli kəndi  istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu

Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Read More
Cəbhədən Xəbər 

Əlahiddə Ümumqoşun Orduda snayperlərin peşəkarlığı artırılır – FOTO/VİDEO

Toplantının planına əsasən atəş mövqeyi seçərək maskalanmış snayperlər müxtəlif üsul və vasitələrdən istifadə edərək sərrast atəşlə hədəfin məhv edilməsi və digər fəaliyyətləri məşq edirlər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, döyüş meydanında hədəfləri zərgər dəqiqliyi ilə məhv etmək üçün snayperlərə çətin şəraitlərdə təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanır. Toplantıda snayperlərin müxtəlif şəraitlərdə saatlarla müşahidə aparma, həyatda qalma və dəqiq atəşaçma bacarıqları təkmilləşdirilir.  

Read More
Cəbhədən Xəbər 

Komandoların təlim-məşqləri davam edir – VİDEO

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, real döyüş şəraitinə uyğunlaşdırılaraq keçirilən praktiki məşğələlərdə müxtəlif taktiki fəaliyyətlər icra olunub. Komandolar təlimlərdə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərin əsas məqsədi komandoların peşəkarlıq səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanlıların başları qurbanlıq kimi kəsilib, dəriləri soyulub – Erməni vəhşiliyinin DƏHŞƏTLİ FAKTLARI

Respublika Hərbi Prokurorluğunda araşdırılması aparılan cinayət işinin istintaqı zamanı dindirilmiş zərərçəkən və şahidlərin ifadələrində dəhşətli işgəncə faktları müəyyən olunub. Bununla bağlı Respublika Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev Xocalı soyqırımı ilə bağlı APA-ya müsahibəsində danışıb. “Belə ki, erməni silahlı dəstələri tərəfindən əsir və girovlar – qadın, qoca və ya uşaq olmalarına fərq qoyulmadan şaxtalı havada çay daşlarının üstündə və ya qarda sürünməyə, əllərini soyuq daşın üzərinə qoyub saxlamağa məcbur edilməklə, dişləri, dırnaqları çıxarılmaqla, qabaqlarına ot atıb həmin otu, torpağı yeməyə məcbur edilməklə, döyülməklə, sinələrinə xaç…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin sabiq idarə rəisi HƏBS EDİLDİ – YENİLƏNİB + VİDEO

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib. “Report”un xəbərinə görə, bu barədə qərar Bakı Hərbi Məhkəməsində elan edilib. Belə ki, məhkəmə keçmiş idarə rəisinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. 13:49 Baş Prokurorluq Müdafiə Nazirliyinin yüksək vəzifəli hərbçisinin saxlanılması ilə bağlı məlumatı təsdiqləyib. Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib. Qeyd…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin sabiq idarə rəisinin saxlanılması TƏSDİQLƏNDİ – YENİLƏNİB

Baş Prokurorluq Müdafiə Nazirliyinin yüksək vəzifəli hərbçisinin saxlanılması ilə bağlı məlumatı təsdiqləyib. Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib. Qeyd edilib ki, M.Qurbanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib. 12:38 Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib. Hərbi Prokurorluqdakı mənbənin “Qafqazinfo”ya verdiyi özəl məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu…

Read More