Cəbhədən Xəbər 

Zakir Həsənov “ADEX-2024” sərgisində xarici ölkələrin məhsulları ilə tanış olub

Azərbaycanın müdafiə nazir Zakir Həsənov “ADEX-2024” sərgisində təmsil olunan xarici ölkələrin məhsulları ilə tanış olub. Musavat.com-un xəbərinə görə, nazir sərgidə təmsil olunan xarici ölkələrin şirkətlərinin stendlərinə baxış keçirib. Şirkət rəsmləri tərəfindən məhsullar barədə nazirə məlumat verilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və İtaliya müdafiə nazirləri gələcək əməkdaşlığı müzakirə etdi

Ölkəmizdə keçirilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov həmkarları ilə görüşdü- FOTOLAR

Ölkəmizdə keçirilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya müdafiə naziri Quido Krosetto ilə görüşüb. Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. *** Müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak məqsədi ilə ölkəmizdə səfərdə olan Qazaxıstan müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olunub, müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da…

Read More
Cəbhədən Xəbər 

Qazaxıstanın müdafiə naziri Azərbaycanda səfərdədir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov sentyabrın 23-də Azərbaycana səfər edib. Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qazaxıstanlı nazir “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək. Səfər çərçivəsində ölkələr arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb.

Read More
Cəbhədən Xəbər 

“Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb

Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. ARANTV.AZ  xəbər verir ki,  nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə müxtəlif tapşırıqları yerinə yetirəcəklər. İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim sentyabrın 27-dək davam edəcək.

Read More
Cəbhədən Xəbər 

“ADEX 2024” sərgisində ilk dəfə “Rosoboroneksport” “Lancet-E” kompleksini təqdim edəcək

“Rosoboroneksport” Bakıda keçiriləcək “ADEX 2024” beynəlxalq müdafiə sənayesi sərgisində barraj döyüş sursatına malik “Lancet-E” kompleksini, eləcə də PUA-lara radioelektron əks təsir vasitəsini ilk dəfə olaraq xaricdə nümayiş etdirəcək. ARANTV.AZ  xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib. “Sərgidə iştirak edəcək 12 Rusiya şirkəti bütün növ Silahlı Qüvvələr, polis və terrorla mübarizə bölmələri üçün məhsullar təqdim edəcəklər”, – məlumatda qeyd olunub. Şirkətin baş direktoru Aleksandr Mixeyevin sözlərinə görə, Rusiya və Xəzər regionu ölkələri arasında uzunmüddətli mehriban qonşuluq münasibətləri var. Bu, hərbi-texniki əməkdaşlıq sahəsinə də aiddir. Qeyd olunub ki, aviasiya seqmentində “Su-35”…

Read More
Cəbhədən Xəbər 

Hərbçimiz erməni maşınını saxlamadı, görün nə oldu – VİDEO

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatlarında mülki insanları hədəf almaması ilə bağlı daha bir fakt üzə çıxıb. Bu barədə İTV-nin hazırladığı sənədli filmdə hərbçimiz danışıb. O bildirib ki, əməliyyat zamanı Xankəndi-Xocavənd yolunda erməni maşınını görüblər, lakin mülki nəqliyyat vasitəsi olduğu üçün hərəkətinə mane olmayıblar. Bundan sonra bir qədər uzaqlaşan maşının içindən hərbçilərimizə atəş açılıb və bir nəfər yaralanıb. Ətrafı videoda:

Read More
Cəbhədən Xəbər 

Türkiyənin müdafiə sənayesi məhsulları ölkəmizdə nümayiş olunacaq

Türkiyə müdafiə sənayesi məhsulları Azərbaycanda nümayiş olunacaq. ARANTV.AZ xəbər verir ki,  bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək “Azerbaijan International Defense Exhibition (ADEX-2024) sərgisində Türkiyə müdafiə sənayesi məhsulları, o cümlədən PUA- lar nümayiş olunacaq. Texnikalar, həmçinin Filippin və Cənubi Afrika Respublikasında da nümayiş edilir.

Read More
Cəbhədən Xəbər 

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib

Bakıda keçirilən “Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüşdə” iştirak etmək məqsədilə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Hərbi Polis İdarəsi rəisinin müavini general-mayor Kox Vitaliyin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. ARANTV.AZ   Müdafiə Nazirliyinə istinadən bildirir ki, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrinə ehtiram nümayiş etdiriblər. Sonra Hərbi Polis İdarəsinə gələn Rusiya nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq…

Read More
Cəbhədən Xəbər 

Qəhrəmanlıq, qürur və Zəfər tarixinin başlanğıcı – 27 sentyabr

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar oldu. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlandı. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan ordusu darmadağın edilərək,…

Read More