Cəbhədən Xəbər 

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib – VİDEO

Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasında yerləşən xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların təntənəli andiçmə mərasimləri keçirilib. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Mərasimlərdə Milli Müdafiə Universitetinin, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərliyi və şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular, müəllimlər, valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər. Andiçmə mərasimlərində əvvəlcə hərbi orkestrin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanına gətirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik…

Read More
Cəbhədən Xəbər 

HDQ-də “Partlayıcı sursatların zərərsizləşdirilməsi” kursu keçirilir – VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi təyinatlılarının bir qrup şəxsi heyəti ilə “Partlayıcı sursatların zərərsizləşdirilməsi” kursu keçirilir. Bu barədə “İki sahil”ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, kursun planına uyğun olaraq, dəniz fazası üzrə dib minalarının, şərti terror qrupları tərəfindən quraşdırılan bütün növ partlayıcı döyüş sursatlarının və kustar üsulla hazırlanan partlayıcı qurğuların aşkarlanması, təhlükəsizlik qaydaları nəzərə alınmaqla onların səthə çıxarılaraq partlatma və yandırma üsulu ilə məhv edilməsi üzrə tapşırıqlar icra olunur. Kursun keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığını müasir tələblərə uyğunlaşdırmaq, eləcə də hərbi qulluqçuların…

Read More
Cəbhədən Xəbər 

Ordumuz sərhəddə İŞƏ BAŞLADI, ermənilər panikada: “2 gündür Azərbaycan əsgəri…!”

Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş hissəsi delimitasiya edildikdən sonra ermənilərdə “yeni müharibə” qorxuları yaranıb, xüsusilə müxalif media bu qorxuları körükləyən iddialar irəli sürür. Publika.az xəbər verir ki, “Hraparak” nəşrinin iddiaları da bu yöndədir. Nəşr iddia edir ki, 4 kəndin qaytarılmasından sonra Azərbaycan ordusunun sərhəddə hərəkətliliyi intensivləşib. “Tavuş kəndlərindən Azərbaycan ordusunun hərəkəti aydın görünür. Açarkurt istiqamətində iki gündür Azərbaycan hərbçiləri istehkam işləri həyata keçirir”, – nəşr yazır. Açarkurt Ağsaqallar Şurasının üzvü Karen Qazaryan nəşrə bildirib ki, 15-20 azərbaycanlı hərbçi sərhədin yaxınlığında, Kirantın keçmiş dükanlarının yerində, çayın sahilində, gölə bitişik ərazilərdə intensiv iş aparır.…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi antiterror əməliyyatının keçirilməsinə zərurət yaradan faktorları açıqlayıb

Müdafiə Nazirliyi 19-20.09.2023-cü ildə antiterror əməliyyatının keçirilməsinə zərurət yaradan faktorları açıqlayıb. ARANTV.AZ  xəbər verir ki, Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına məxsus 500-dən artıq döyüş mövqeyinin hazırlandığı müəyyən edilmişdir. Müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyin hazırlandığı aşkarlanmışdır. Təmas xəttinin 2 km genişliyində 100 km-ə yaxın ərazilərdə minalar basdırılmışdır. 480 km-dək təmas xətti boyu bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək məqsədilə 200-dən artıq müşahidə kamerası quraşdırılmışdır.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyində Reza Deqati ilə görüş keçirilib

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində tanınmış azərbaycanlı fotoqraf Reza Deqati ilə görüş keçirilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Əvvəlcə R.Deqatiyə Nazirliyin nəşriyyat, multimedia və redaksiya fəaliyyəti barədə geniş məlumat verilib. Görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətlər göstərən R.Deqatinin ölkəmizin ən ağır və faciəvi günlərində, taleyüklü anlarında xalqımızın yanında olduğu vurğulanıb. Onun Birinci Qarabağ və Vətən müharibəsi, eləcə də tarixi zəfərdən sonrakı dövrlərdə erməni vandalizmini və terrorçuluğunu ifşa edən fəaliyyətindən, Azərbaycanın təbiətini, adət-ənənələrini və mədəniyyətini təbliğ edən çoxşaxəli işlərindən bəhs edilib. Müdafiə Nazirliyinin kommunikasiya…

Read More
Cəbhədən Xəbər 

Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 32-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) tədbir keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən bildirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki tədbir iştirakçılarına çatdırılıb. Çıxışlar zamanı əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan ƏÜO-nun yaranma tarixindən, keçdiyi inkişaf yolundan danışılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və…

Read More
Cəbhədən Xəbər 

Baş direktor 11-ci Pekin Syanşan Forumunda iştirak edib

Çin Xalq Respublikasının paytaxtında 11-ci Pekin Syanşan Forumu keçirilib. Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak etmək üçün Çinə işgüzar səfər edib. Əvvəlcə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Sonra Azərbaycan nümayəndə heyəti 11-ci Pekin Syanşan Forumunda iştirak edib. Cənab A.Qurbanov dünyanın 100-dən çox ölkəsinin nazir və digər səviyyədə rəsmiləri, region və beynəlxalq təşkilatlardan rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi forum zamanı Çin…

Read More
Cəbhədən Xəbər 

SON DƏQİQƏ! Əsgərimiz bədbəxt hadisə nəticəsində ÖLDÜ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub. Bunu Musavat.com-a hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Məlumata görə, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib. Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan…

Read More
Cəbhədən Xəbər 

Naxçıvandakı ordu hərəkətə keçdi – Şərti düşmənin hədəfləri məhv edildiVİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü il üçün hazırlıq planına uyğun olaraq, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Təlimin planına əsasən, bölmələr atəş mövqelərinin tutulması, artilleriya silah sistemlərinin döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər. Qeyd olunub ki, real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini aşkar edərək sərrast atəşlərlə məhv edib. Təlimin keçirilməsində əsas diqqət atəş dəstək qrup komandirlərinin və nizamlayıcıların hədəflərin koordinatlarını dəqiq müəyyən etməsi, məsafələrin və bucaqların düzgün ölçülməsi, eləcə…

Read More