Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib. “Report”un məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Hərbi İnstitutun məzunu olmaq qürurverici və məsuliyyətlidir: “Sevindirici haldır ki, iştirak etdiyimiz təntənəli buraxılış mərasimi əlamətdar bir ilə təsadüf edir. Bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi böyük təntənə ilə qeyd edilir. Həmçinin xalqımız Vətən müharibəsinin beşinci ildönümünü qeyd etməyə hazırlaşır.…
Read More