Cəbhədən Xəbər 

İtkin düşən hərbçimizin ölümü ilə bağlı cinayət işi başlanıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib. Bu barədə Musavat.com-a Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq…

Read More
Cəbhədən Xəbər 

Naxçıvanda hərbi vəzifəlilər toplandı – Video

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı keçirilir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar. Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışının əsas məqsədi hərbi hissələrin döyüş qabiliyyətinin daimi yüksək səviyyədə saxlanılması, səfərbərlik zamanı və müharibə (silahlı münaqişə) dövründə ordu sıralarına ehtiyatdan hazırlıqlı şəxsi heyətin…

Read More
Cəbhədən Xəbər 

“Qafqaz Qartalı – 2024”: Xüsusi təyinatlılar zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra etdilər

Ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib. “Qafqaz Qartalı – 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur.    

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun hərbi qulluqçusu itkin düşdü

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları gecə vaxtı tapşırıqları icra ediblər

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” təlimi davam edir. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib. Təlimin planına uyğun olaraq hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Qeyd edək ki, “Qafqaz Qartalı – 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.    

Read More
Cəbhədən Xəbər 

Üç ölkənin xüsusi təyinatlılarının Bakıdakı təlimindən görüntülər

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda keçirilən “Qafqaz Qartalı – 2024” təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra olunur. Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, təlimin ssenarisinə əsasən, həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar şərti düşmənin vacib strateji və hərbi obyektlərinə basqın məqsədilə təyin olunmuş məntəqələrə doğru hərəkət edib, əlverişli mövqelərin tutulması üzrə tapşırıqları yerinə yetiriblər.    

Read More
Cəbhədən Xəbər 

Xüsusi təyinatlılarımız şərti düşmənin canlı qüvvəsini məhv etdi

“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin planına uyğun olaraq, ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə xüsusi təyinatlılar şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra ediblər. Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib. Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Həmin görüntüləri təqdim edirik:    

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək. ARANTV.AZ  xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan və Belarus müdafiə nazirləri Zakir Həsənov və Viktor Xrenin telefon danışığı zamanı MDB Müdafiə Nazirləri Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediblər. Azərbaycanın müdafiə naziri iyulun 3-də Minskdə keçirilməsi planlaşdırılan iclasda iştirakını təsdiqləyib.

Read More