Cəbhədən Xəbər 

Partlayış səsləri gəlsə, qorxmayın! – Nazirlik xəbərdarlıq etdi

Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarının məhv ediləcəyini açıqlayıb. 27-31 oktyabr tarixlərində istismar müddəti bitmiş və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına uyğun olaraq Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonundakı təlim mərkəzində məhv ediləcək. Müdafiə Nazirliyi partlayış səslərinin əhali arasında təşviş yaratmaması üçün xəbərdarlıq edib və narahatlığa heç bir əsas olmadığını bildirib.

Read More
Cəbhədən Xəbər 

Hərbi prokuror Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşüb

Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşüb. Hərbi Prokurorluqdan Musavat.com-a verilən məlumata görə, görüşün əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib. Daha sonra Vətən müharibəsində xalqımızın və Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsindən, eləcə də əldə olunan şanlı Qələbədən danışılıb. Xüsusi təyinatlılar daim Ali Baş Komandanın tapşırıqlarını icra etməyə və ərazilərimizi qorumağa hazır olduqlarını bildiriblər. Ardınca xüsusi təyinatlıların nümunəvi döyüş hərəkətləri nümayiş etdirilib. Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və onlara…

Read More
Cəbhədən Xəbər 

Bakıda hərbi parad keçiriləcək

Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq

  Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirib. Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. “Birlik – 2025” birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.

Read More
Cəbhədən Xəbər 

Azad edilən ilk şəhər

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən beş il keçir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür.  Hər bir tarixi gün keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. 30 il işğal altında olan torpaqlarımızın azadlığa qovuşması, ərazi bütövlüyümüzün bərpası  arzusu ilə yaşayıb,  bir gün də belə inamımızı itirmədik. Bu gün  torpaqlarımızın işğaldan azad edildiyi tarixlər  hər birimiz üçün  böyük qürurdur. Haqq savaşımız Vətən oğullarının qəhrəmanlığı, şücaəti  sayəsində cəmi 44 gündə…

Read More
Cəbhədən Xəbər 

Hər mina qayıdışı gecikdirir, bərpanı çətinləşdirir

Ermənistan bu yeraltı terror vasitəsindən yalnız hərbi məqsədlə deyil, həm də siyasi manipulyasiya və təzyiq aləti kimi istifadə edir Azərbaycanın müasir dövrdə üzləşdiyi ən ağır və davamlı problemlərdən biri mina təhlükəsidir. Bu təhlükə təkcə müharibənin mirası kimi qəbul edilə bilməz. Çünki o, bu gün də insan həyatına, sosial-iqtisadi inkişaf proseslərinə, regional sabitliyə və beynəlxalq təhlükəsizliyə yönəlmiş real təhdiddir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında mina problemini beynəlxalq gündəliyə çıxarması əslində təkcə Azərbaycan dövlətinin deyil, bütövlükdə regionun gələcəyi naminə atılmış strateji addım idi. Bu addım göstərir ki, Azərbaycan məsələyə…

Read More
Cəbhədən Xəbər 

Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılır

Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılır. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik edilməsi təklif edilir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirəyə çıxarılan sənədə əsasən, gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə…

Read More
Cəbhədən Xəbər 

Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir

Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik təklif edilir. Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirə edilib. Layihəyə görə, birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması nəzərdə tutulur. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim…

Read More
Cəbhədən Xəbər 

Bu tarixlərdə partlayış səsləri eşidiləcək – Təşvişə düşməyin

Pirəkəşkül və Ağdərədə 22-26 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – qurumdan əlavə edilib.

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev Belarusa GETDİ

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveykonun dəvəti ilə bu ölkəyə işgüzar səfəri başlayıb. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin belaruslu həmkarı ilə görüşü nəzərdə tutulub.

Read More