Gündəm Manset 

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur.

Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O,…

Read More
Gündəm Manset 

Qadın: Ülviyyətin, zərifliyin, gözəlliyin rəmzi

Bayram günləri  tarixin səhifələrini vərəqləməyi, keçilən yolun təhlili fonunda üzərimizə düşən məsuliyyəti daha dərindən dərk etməyi bir zərurət kimi ortaya qoyur. Hər il yüksək səviyyədə qeyd olunan 8 Mart – Beynəlxalq Qadınlar Günü bu tarixi günün önəmini bir daha xatırladır, qadınlara  dəyərin bariz nümunəsi kimi vurğulanır. Tarixə qısa nəzər salaq. Beynəlxalq Qadınlar Günü hər il  8 mart tarixində qeyd olunan Beynəlxalq İşçi  Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.  8 Mart  postsovet respublikalarında,…

Read More
Gündəm Manset 

Stalinə rəhbərlik etmiş azərbaycanlı, kişi qeyrətli türk qadını Qaçaq Gülsüm

O, qaçaq Süleyman kişi adı ilə at belində 200-dən çox qaçaq kişilərə kişi adıyla başçılıq edən və sonradan böyük rusiya imperiyasına rəhbərlik edən İosif Stalin o vaxt 7 ay onun dəstəsində döyüşmüş Şəmkir türk elimizin kişi hünərli, kişi qeyrətli, damarlarında türk qanı axan, Azərbaycanlı türk qızı qaçaq Gülsüm idi. Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. Gülsüm o zamankı kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızıydı. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı. Ailə çox kasıb olduğu üçün Gülsüm qardaşlarıyla birgə işləməyi öz üzərinə götürür.…

Read More
Manset Region Xəbərləri 

Bərdədə Şəhidlər Xiyabanında tikinti abadlıq işləri başa çatmışdır-VIDEO+FOTO

Bərdə şəhərinin Şəhidlər Xiyabanında rayon İcra Hakimiyyəti tərəfindən ötən ilin noyabr ayından başlanan abadlıq, təmir-bərpa işləri tam başa çatmışdır. ARANTV.AZ xəbər verir ki,Xiyabanda birinci Qarabağ müharibəsindən bəri olan şəhid məzarlarının kənarlarında qranit və mərmər döşəmə örtüyü, qranit lövhə və arxa divarlar təmir edilmiş, ərazidə texniki bərkitmə işləri aparılmış, əraziyə 1600 kv metr tamet üzlük döşənmişdir. Xiyaban ərazisi dekorativ divarla ümumi qəbirstanlıqdan ayrılmış, yaşıllıq zolaqları yaradılmış, su sistemi quraşdırılmış, ad göstəricisi olan giriş qapısı, şəhid bulağı kompleksi, işıqlandırma sistemi bərpa olunmuş, oturacaqlar və çöp qabları quraşdırılmışdır. Xiyabanın girişinə, ana yol və…

Read More
Gündəm Manset 

Azərbaycan Tarixi muzeyində Qarabağ ərazisindən tapılmış Albaniya sikkələri.

Bildiymiz kimi Azərbaycan Tarixi Muzeyi mədəniyyət və tariximizin qorunduğu bir məkandır. Bu məkanda qorunub saxlanılan eksponatların yaşı çox qədimə gedir. Hər bir eksponat özündə tarixi, mədəniyyəti yaşadır Hal-hazırda 100 000-dən çox sikkənin qorunduğu zəngin numizmatik kolleksiyaya malik AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Qarabağ və ona yaxın ərazilərdə aşkarlanmış antik dövrə aid sikkələr xüsusilə maraq dairəsində insanları özünə cəlb edir. Onuda bildirim ki, zəngin irsə malik olan Azərbaycan ərazisində tapılan sikkələrin müntəzəm şəkildə araşdırılmasına və öyrənilməsinə 1920-ci ildə Azərbaycan SSR Dövlət Muzeyinin tərkibində Numizmatika fondunun yaradılmasından sonra başlanılıb. Muzeyin…

Read More
Manset Təhsil 

Kənd məktəbinin uğur hekayəsi: Ötən il buraxılış sinifindən 10 nəfər Ali Məktəbə qəbul olub.İki nəfər fərqlənmə atestatı alıb

Təhsildə çox vaxt  neqativlərdən yazırıq.Bu da səbəbsiz olmur. Tənqid özü güzgü kimidir. Ona baxanda əyər-əskikləri görüb düzəltmək olur. Tənqid ilə bərabər müsbət cəhətləri  görüb deməsək,bu da  insafsızlıq olardı. Bərdə rayonunda fəaliyyət göstərən məktəblərdən biri də Yeni Əyricə kənd tam orta məktəbidir. Təbii ki, kollektivin irəli aparılması , əldə olunan uğurlar da bilavasitə rəhbər olan şəxsin hərtərəfli keyfiyyətləri sayəsində mümkün olur. Necə ki,Yeni  Əyricə kənd tam orta məktəbinin direktoru Amil Hüseyinovun sayəsində biz bunu görürük. İlk öncə Amil Hüseyinov haqqında qısa arayış: Amil Həsən oğlu Hüseyinov 5 may 1984-cü ildə Kəlbəcər…

Read More
Manset 

Biz Vətəndə yaşadıq, “vətənsiz”, dəli kimi, ölənləri dəfn etdik, kəfənsiz ölü kimi…

2008-ci il mayın 5-i idi. Hər gün televizorda hava haqqında xəbərlərdə Kəlbəcərin hava durumu haqqında məlumat deyiləndə, atam Müseyib kişi xeyli kövrəlirdi. Axı biz də Kəlbəcər rayonunun Başlıbel kəndindən köçkün həyatı yaşayanlardan biri idik. Belə günlərin birində atam Başlıbelin may ayına aid olan bir neçə əhvalat, orada havanın necə olduğu barədə söhbətlər elədi. Mən bu söhbətlərdən təsirləndim və həmin gün aşağıdakı şeiri yazdım. Canlanıb yenə də Kəlbəcər xəyalımda İndi dağa, çəmənə təzə çiçək, gül gəlir. Yollarını ot basıb, cığırları bilinmir 60 minlik köçkünün xəyalında yol gəlir Aran dağa daşınmır, nə…

Read More
Gündəm Manset 

Xocalı soyqırımından 29 il ötür

Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 29 il ötür. ARANTV.AZ  xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı…

Read More
Manset Region Xəbərləri 

Bərdə şəhər 10 saylı uşaq bağçasında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə bağçanın müdiri Leyla Məmmədova uşaqlara ermənilərin işğalçılıq siyasətindən, azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb. L.Məmmədova bildirib ki, ermənilər əsrlər boyu azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Daha sonra 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilərin Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımdan bəhs edib. Leyla xanım bildirib ki, 1 mart 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalayıb. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunub, bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Həmçinin 25 fevral 1997-ci ildə Ümummilli…

Read More