Gündəm 

DİN-dən xüsusi əməliyyatlar – Saxlanılanlar var – VİDEO

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vətəndaşların qanuni mənafelərinin qorunması, paytaxt və bölgələrdə kriminogen duruma nəzarət, o cümlədən odlu silah-sursat əldə edib saxlama, habelə narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşının alınması istiqamətində əməliyyatlar keçirib. ARANTV.AZ  xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, tədbirlər zamanı cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan, ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb edən və odlu silah-sursat saxlayan 20-dən artıq şəxs saxlanılıb. Onlardan xeyli sayda “Kalaşnikov” avtomatı, “Makarov” və digər markadan olan tapançalar, habelə müxtəlif çaplı…

Read More
Gündəm 

Astaradakı kütləvi zəhərlənmənin səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, Astarada kütləvi zəhərlənmə hadisəsi olub. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. “Astara rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyən edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb. Araşdırma nəticəsində hadisənin qarpız zəhərlənməsindən baş verməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığı  müəyyən edilib. Belə ki, Astara rayon sakinlərinin sentyabrın 3-ü Astara rayonu Motlayataq kəndində Heydərli Samir Firdovsi oğluna məxsus həyətyanı sahədə təşkil edilən kiçik toy mərasimində bir gün öncədən ev şəraitində hazırlanan qidalardan qəbul etdikləri məlum olub. Məclisdə istehlaka təqdim edilən ev şəraitində…

Read More
Gündəm 

Rusiya üçün DƏHŞƏT BAŞLADI: 14 ölkə HƏRƏKƏTƏ keçdi, NATO-nun HƏDƏSİ baş tutur

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp mövqelərini yaxınlaşdırmaq barədə razılığa gəliblər ki, bu da iki ölkə arasında münasibətlərə müsbət təsir edir. Publika.az xəbər verir ki, bu barədə Rusiya liderinin müşaviri Anton Kobyakov “RİA Novosti”yə müsahibəsində bildirib. O, Şərq İqtisadi Forumu (EEF) çərçivəsində jurnalistlərə açıqlama verib. “Bu çox mühüm hadisələrdən sonra prezidentimiz və Tramp mövqelərini bir-birinə yaxınlaşdırmaq, münasibətləri effektiv şəkildə yaxşılaşdırmaq barədə razılığa gəlib”, – rəsmi bildirib. Qeyd edək ki, avqustun 15-də Putin və Tramp Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında görüşüb. Liderlər arasında söhbət 2 saat 45…

Read More
Gündəm 

Azərbaycanın çay bazarında balans dəyişir: Xaricilər əkir, özləri də aparır

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 7 814 ton çay idxal edib. Bu həcmdə çayın dəyəri 47 milyon 587 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 528 ton (6,3 faiz) azdır, dəyər baxımından isə dörd milyon 614 min ABŞ dolları (10,7 faiz) çoxdur. Bundan başqa, yeddi ay ərzində Azərbaycan üç milyon 905 min ABŞ dollar dəyərində 430 ton çay ixrac edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 31 ton (7,7 faiz), dəyər baxımından isə 317 min ABŞ dolları (8,8 faiz) çoxdur. Hesabat…

Read More
Gündəm 

Bakı icazə verdi – Paşinyanın təyyarəsi Azərbaycandan keçdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Azərbaycan hava məkanından keçib. “Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bununla bağlı Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb. Onun sözlərinə görə, bu, Bakının icazəsi ilə baş tutub. N.Baqdasaryan bildirib ki, təyyarə 30 avqustda Azərbaycan üzərindən uçub, sonra isə 6 sentyabr gecəsi geriyə qayıdıb və bunun üçün Bakıya müvafiq icazə sorğusu göndərilib. “Biz müsbət cavab aldıq. Bu hadisəni regionda kommunikasiya blokadalarının açılması, sülh gündəminin irəliləməsi və qarşılıqlı etimad atmosferinin formalaşması istiqamətində praktik bir addım kimi qiymətləndiririk”, – o əlavə edib.

Read More
Gündəm 

“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin- Qiymətini açıqladı

“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun uzun müddətdir əksər məhkəmələrdə və müsahibələrində eyni köynəkdə görünməsi sosial şəbəkələrdə müzakirə olunub. İzləyicilərdən bəziləri köynəyin hətta 9 min dollar qiymətinin olduğunu iddia ediblər. “Qafqazinfo”nun məlumatına görə, iş adamı sonuncu məhkəməsindən əvvəl bu barədə sualı da cavablandırıb. “Şərurlu İsfəndiyar” əynindəki köynəyi 3 min 700 dollara aldığını açıqlayıb: “9-10 min dollar qiyməti var deyirlər. Boş söhbətdir. 3 min 700 dollara almışam. Rəngi və materialını bəyəndiyim üçün də tez-tez geyinirəm. Qolumdakı qızıl saata gəlincə, köhnədən qalandır. Elə bir qiyməti yoxdur”. Qeyd edək ki, İ.Axundov son vaxtlar daha…

Read More
Gündəm 

Rusiyaya DƏHŞƏTLİ HÜCUM: “Rosneft” İFLİC oldu, Krasnodarda PARTLAYIŞLAR – “Ana Xəbər”

Zelenski Putini Kiyevə çağırdı Krasnodarda partlayışlar Overçuk Zəngəzurdan danışdı Rusiyanın “Rosnefti” vuruldu Pentaqonun adı dəyişdi Santuş istefaya göndərilir Moskva Bakıya cavab verdi TVMusavat-ın 10:50-də canlı yayımlanan “Ana Xəbər” buraxılışını aparıcı Emil Salamoğlu təqdim edir: https://www.youtube.com/@musavattv

Read More
Gündəm 

Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı: Səbəb nədir?

Azərbaycanda ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi azalıb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4 faiz təşkil edib. Bu isə o deməkdir ki, göstərici 2023-cü illə müqayisədə 1.9 faiz bəndi azalıb. Ayrı-ayrı ət növləri üzrə təminat dinamikasına nəzər yetirdikdə aydın olur ki, ötən il ölkənin mal əti və ət məhsulları üzrə özünütəminat səviyyəsi 88,5 faiz təşkil edib. Bu isə əvvəlki ilin nəticəsindən (88,4 faiz) cüzi – 0,1 faiz bəndi çoxdur. Qoyun və keçi əti üzrə özünütəminetmə səviyyəsində…

Read More
Gündəm 

Nəhənglərin savaşı – Ramiz Yunus ABŞ -dan yazır

Sol-liberal ideologiyanın Qərbdə dominant olduğu dövrdə çöküşü, müasir dünyanın BMT başda olmaqla institutlarının düşdüyü böhranın bütün dərinliyini göstərdi və Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü bu böhranın yalnız kulminasiyası oldu. ŞƏT sammiti, həmçinin Çinin Şərqə xas və israr etmədən nümayiş etdirdiyi Paraddakı görüntülər, ABŞ-a və onların Aİ və NATO-dakı müttəfiqlərinə mesajdır ki, SSRİ dağıldıqdan sonra 1991-ci ildən bəri mövcud olan təkqütblü dünya artıq sona çatıb. Dünya bu gün Birinci və İkinci Dünya müharibələrindən sonrakı dövrdəki kimi nəhəng dəyişikliklərin astanasındadır. Və əgər o vaxt kim qalib, kim məğlub olduğu aydın idisə, müasir…

Read More
Gündəm 

Rusiya xofu – Avropa pərişandır, Asiya – rahat

Vladimir Putinin Slovakiya lideri Robert Fitso ilə görüşündə Rusiyanın Avropaya qarşı “aqressiv planları” barədə deyilənləri tamamilə cəfəngiyyat adlandırması və bu fikirlərin “heç bir əsasının olmadığını” deməsi bir xeyli real sözlərdir. Gerçəkdən də Rusiyanın Avropaya qarşı aqressiv planları, bu ölkələri işğal niyyəti yoxdur. “Ola bilməz” de yazmaq olar, amma bu, Rusiyadır, hikkəli dövlətdir, prinsipcə, ola bilər. Elə ona görə də avropalıların nəzəri aqressiyadan xoflanmaları əsassız deyil. Çünki Rusiya özünü son 125 ildə Avropaya bu yöndən göstərib. Avropada Rusiyaya etimad göstərmirlər, ondan qorxurlar, onu etibarlı və mədəni ölkə saymırlar, məkrli, hiyləgər, zorakılığa…

Read More