Gündəm 

Bu günədək salamat qalmış yeganə klassik Azərbaycan mədrəsəsi Ordubad Mədrəsəsi

Ordubad şəhərində “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üçün ilkin işlərə başlanılıb. Bu barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında əksini tapmış layihələr, habelə investisiya layihələri nazirlik tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Görülən işlərin davamı olaraq, “Mədrəsə” tarix-memarlıq abidəsinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə “BİMD” QSC ilə müqavilə bağlanılıb. Müqaviləyə əsasən, şirkət tərəfindən XVIII əsr memarlıq abidəsinin layihə-smeta sənədləri hazırlanacaq. Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə…

Read More
Gündəm 

Diplomatiyamız türk dünyasının birliyinə yol açır

Mədəni və tarixi yaxınlıq, ortaq dəyərlər və strateji maraqlar XXI əsrin geosiyasi reallıqları dünya düzənində yeni güc mərkəzlərinin formalaşmasını şərtləndirir. Bu gün beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq, iqtisadi inteqrasiya və mədəni yaxınlıq əsasında qurulan birliklər qlobal siyasətdə mühüm rol oynayır. Bu mənada türk birliyi ideyası son onilliklərdə tədricən nəzəri müstəvidən praktik əməkdaşlıq platformasına çevrilməkdədir. Qədim tarixə və ortaq mədəniyyətə söykənən türk xalqlarının birliyi bu gün artıq siyasi iradə, strateji maraqlar və iqtisadi layihələrlə möhkəmlənir. Azərbaycan isə bu prosesdə həm coğrafi mövqeyi, həm də siyasi liderliyi ilə əsas aparıcı qüvvələrdən biridir.…

Read More
Gündəm 

Separatizmi və revanşizmi siyasi alətə çevirən qüvvələr yenə iş başında

Vaşinqton Bəyannaməsindən sonra Ermənistanda kilsə yenidən aktivləşib və bir sıra şəxslər, siyasi qurumlar, partiyalar, siyasətçilər onlara dəstək verir 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüş Cənubi Qafqazda davamlı sülhə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Görüş zamanı imzalanan bəyannamə isə regionda yeni geosiyasi reallıqları üzə çıxardı. Təbii ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəməyən qüvvələr, erməni diasporu, erməni kilsəsi və erməni müxalifəti, xüsusən də Moskvadan idarə olunan Serj…

Read More
Gündəm 

Azərbaycanın və Ermənistanın “qabırğası…”

Rusiya həyasızcasına bu iki dövlətin yanından əl çəkmir Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Ağ Evdə imzalanmış tarixi sənədlərin üstündən bir ay, Abu-Dabi görüşündən isə iki ay sonra Çində bir araya gəldilər. Həmişə siyasi prosesləri qarışdıran Rusiya isə növbəti dəfə “ofsaytda” saxlanıldı. Halbuki 44 günlük müharibədən sonra Əliyev, Paşinyan və Putin il ərzində dəfələrlə üçlü formatda Moskvada və Soçidə görüşmüş, birgə bəyanatlar qəbul etmişdilər. Əslində, Rusiyanın işi bununla bitməli idi. Lakin Kreml rəhbəri son addımını atmadı, yenə astagəllik etdi, göz-görəsi izafi vaxt uzatdı. Hər dəfə düzələsi məsələləri pozaraq…

Read More
Gündəm 

Azərbaycan-Çin strateji tərəfdaşlığı: Tiencində yeni səhifə

Çin Xalq Respublikasının Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatındakı Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında ikitərəfli görüş baş tutub. Görüş zamanı ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Prezident İlham Əliyev həmçinin sammitdə çıxış edərək Azərbaycan-Çin əlaqələrinin prioritetliyini və beynəlxalq təşəbbüslərə dəstəyini vurğulayıb. Görüşün əvvəlində dövlət başçıları birgə foto çəkdirdilər. Çin Sədri Si Cinpin Azərbaycan Prezidentini “mənim əziz dostum” deyərək salamlayıb və onun “ŞƏT plyus” Zirvə toplantısında, həmçinin Çin Xalq Respublikasının xarici hərbi…

Read More
Gündəm 

Azərbaycan haqqında xoş söz deyənlər niyə işdən azad edilir…

Erməni diasporunun ölkəmizə qarşı apardığı mətbuat savaşında onlara alət olanlardan bir də rusiyalı televiziya aparıcısı, ermənipərəst jurnalist Vladimir Solovyovdur. O Solovyov ki, 2013-cü ildə Ermənistanın milli və dövlət maraqlarının qorunmasındakı xidmətlərinə görə Serj Sarkisyan tərəfindən “Şərəf“ ordeni ilə mükafatlandırılıb. O Solovyov ki, İkinci Qarabağ savaşı zamanı televiziya proqramında təcavüzkar ölkənin Azərbaycana qarşı yönəlmiş işğalçılıq siyasətinə açıq şəkildə dəstək nümayiş etdirib, ölkəmizlə bağlı həqiqətləri dilə gətirənləri öz dəstəsi ilə birgə topa tutub. O Solovyov ki, “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktında Azərbaycan…

Read More
Gündəm 

Peter Siyarto: “MOL 2026-cı ildə Azərbaycanın ən böyük yataqlarından birindən qaz hasilatına başlamağa hazırlaşır”

Macarıstanın MOL neft-qaz şirkəti Azərbaycanın ən böyük karbohidrogen yataqlarından birinin operatoru statusunu əldə etməyə imkan verəcək saziş üzrə danışıqların yekun mərhələsindədir. “Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirilən Macarıstan-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib. “MOL nəinki həmmülkiyyətçi, həm də Azərbaycanın daha bir böyük yatağının operatoru olmağa imkan verəcək daha bir müqavilə imzalamaq ərəfəsindədir. Xam neft hasilatından əlavə, gələn ildən MOL-un dünyanın ən böyük karbohidrogen yataqlarından birinin işlənməsində iştirakının bir hissəsi kimi təbii qaz hasilatına da başlayacağı barədə razılaşma əldə olunub”, –…

Read More
Gündəm 

AZAL-ın təyyarəsi illər sonra ilk dəfə Təbrizə eniş etdi – VİDEO

AZAL-a məxsus sərnişin təyyarəsi 5 ildən sonra ilk dəfə İranın Təbriz şəhərinə eniş edib. ARANTV.AZ  xəbər verir ki, bu haqda “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Azərbaycanın AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsi Vətən müharibəsindən sonra ilk dəfə Təbriz Hava Limanına eniş edib. Bu reys Bakı-Təbriz hava əlaqələrinin bərpası baxımından əlamətdar hadisə kimi qiymətləndirilir.

Read More
Gündəm 

Hökumənin atasından Rusiya ilə bağlı ŞOK AÇIQLAMA: bizə…

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Xarici İşlər Nazirliyi Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı sığorta kompensasiyasının ödənildiyini iddia edib. Qurumun məlumatına görə, təyyarə üçün ümumilikdə 1,003 milyard rubl məbləğində sığorta vəsaiti ayrılıb. Həmçinin, qəza nəticəsində həlak olan və xəsarət alan sərnişinlərin ailələrinə bu günə qədər 358,4 milyon rubl ödəniş həyata keçirildiyi açıqlanıb: “15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon…

Read More
Gündəm 

Krediti gecikdirənlər həbs olunacaq? – Hüquqşünas AÇIQLADI

Kredit ödənişində gecikmə və ya ödənişin tam mümkün olmaması hər kəs üçün stressli və narahatlıq doğuran vəziyyətdir. Bu halda borclu şəxslər qarşısında hüquqi və maliyyə baxımından bir sıra nəticələr yaranır. Azərbaycanda krediti vaxtında qaytara bilməyən şəxsləri hansı cəzaların gözləyir? Mövzu ilə bağlı Milli.Az-a hüquqşünas Ramil Süleymanov açıqlama verərək bildirib ki, əgər kredit borcu olan şəxs kredit borcunun ödəmə vaxtı çatdıqdan sonra, kreditorun xatırlatmasına baxmayaraq, banka olan kredit borcunu ödəməsə o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır: “Borclu ilə borc verən arasında hər hansı kredit münasibətlərindən sonra kreditin ödənilməsi gecikirsə, ödənilmirsə bununla…

Read More