Gündəm 

Baş nazirdən avtobuslarla bağlı QƏRAR

Elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumundan azad edilib. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla, bundan sonra İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə idxal olunan oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumundan azad edilib. Dəyişikliklə yalnız elektrikli mühərriklə hərəkətə gətirilən oturacaqsız, tutacaqsız və monitor quraşdırılmamış avtobuslara 15% idxal gömrük rüsumu tətbiq ediləcək. Qərar bu il avqustun 1-dən tətbiq edilir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədə olacaq.

Read More
Gündəm 

Ombudsman Səbinə Əliyevadan Zaxarovaya CAVAB

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iki ay əvvəl Bakıda saxlanılan “Sputnik-Azərbaycan”ın əməkdaşları və digər Rusiya vətəndaşlarının ailələri ilə görüşdüyünü açıqlayıb. Musavat.com-a bu barədə Ombudsman aparatından məlumat verilib. Aparatdan bildirilib ki, bu məsələ Milli Preventiv Qrupun diqqətindədir və ailələrin qəbuluna, müraciətlərin qanunvericilik çərçivəsində araşdırılmasına və lazım gəldikdə dəstək göstərilməsinə nəzarət olunur. Qeyd olunub ki, həbsdə olan jurnalistlərin ailələri ilə növbəti görüşü yaxın günlərdə baş tutub. Eyni zamanda, Ombudsman qeyd edib ki, həbsdə olan rusiyalı vətəndaşlar saxlanma şəraiti və rəftarla bağlı heç bir şikayət etməyiblər. Onu da qeyd edək…

Read More
Gündəm 

Göygöldə yol təmirinə 2 milyon manat ayrıldı – SƏRƏNCAM

İki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Göygöl-Topalhəsənli-Şəhriyar (8 km)-Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2 milyon manat ayrılsın. ARANTV.AZ  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Azərbaycan Respublikasının Nazirlər…

Read More
Gündəm 

Bir trilyonluq NATO Putin qarşısında niyə əzikdir? – Alyansın ən böyük səhvi…

Son zamanlar dünyanın ən güclü hərbi-siyasi bloku olan NATO-nun “dişsiz” bir quruma çevrilməkdə olması barədə fikirlər tez-tez səslənir. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra belə mövqelər daha da güclənib. 2008-ci ildə Rusiya Gürcüstan torpaqlarının, bundan 6 il sonra Ukrayna ərazilərinin ilhaqının əsasını qoyandan sonra NATO bu günə qədər ortaya ciddi nəticə qoya bilməyib. Əvəzində 2022-ci ildən etibarən Kreml Ukraynanın ərazilərini işğal prosesini daha da dərinləşdirməyə başlayıb. Məhz bu faktların fonunda NATO-nun Rusiya qarşısında “əzilmiş” durumda olduğu barədə ekspertlər daha çox fikirlərini bölüşürlər. “SSRİ dağıldıqdan sonra dünya bir qütbdən ibarət idi. ABŞ…

Read More
Gündəm 

Ətin qiyməti BAHALAŞACAQ – Ekspert SƏBƏBLƏRİ açıqladı

İri və xırdabuynuzlu heyvanların sayının azalması, təbii otlaq sahələrinin məhdudlaşması, texnologiyaya yeni nəsilin urbanizasiyaya üstünlük verməsi və heyvan yemi xərclərinin artması bu sahəyə təsir edən əsas amillərdir. İqtisadçı Xalid Kərimli BAKU.WS-ə açıqlamasında bildirib ki, əsas məsələ təbii otlaq sahələrinin azalmasıdır. Bunun iki əsas səbəbi var: əkinçilik və bitkiçilik məqsədilə ərazilərin hasarlanması, həmçinin təbii otlaq sahələrində torpağın şoranlaşması. Kərimli həmçinin vurğulayıb ki, bu sahə ilə məşğul olan şəxslərin sayı da azalıb. Yeni nəsil urbanizasiyaya daha çox meyillidir, şəhərlərə və xarici ölkələrə köçməyə üstünlük verir. Təbii otlaq sahələrinin azalması quru otlaq bağlamalarına tələbatı…

Read More
Gündəm 

Pulumuzu qızıla dəyişək? – Qiyməti durmadan artır

“Bu gün qızıl diversifikasiya olunmuş ehtiyat idarəetmə üsulu kimi qəbul olunur. Bir çox ölkələr ehtiyatlarını artıq qızıl ibarəsinə çevirir. Beləliklə, qızılın qiyməti durmadan artır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Fuad İbrahimli deyib. O bildirib ki, bu gün istər qızıl, istərsə də əmlak bazarında Azərbaycan əhalisinin real gəlirlərindən dəfələrlə yuxarı qiymət fonu formalaşıb: “Bu gün nəzərə almaq lazımdır ki, istər qızıl, istərsə də əmlak bazarında Azərbaycan əhalisinin real gəlirlərindən dəfələrlə yuxarı qiymət fonu formalaşıb. Əmlak bazarında süni bahalaşma istənilən halda çökə bilər. Qızılda isə iş fərqlidir. Qızılın qiymətləri bazar birjalarında…

Read More
Gündəm 

Rusiyadan vurduğu AZAL təyyarəsi ilə bağlı HƏYASIZLIQ: “Ödəmişik, bitib!”- Bakı HƏRƏKƏTƏ KEÇDİ

*Tramp Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək – Avropa liderləri məyusdur *Zelenski Trampın narazılıq etdiyi Avropa ölkələrinin adlarını açıqladı *“Hər iki dünya müharibəsi slavyanlara hücumla başladı” – Durov və Mask görün nəyin üstündə dalaşırlar *Tramp Putinlə fotosunu paylaşdı *Putin mantı bükdü – 2018-ci ilin xatirəsi… *Abşeronda qonşular arasında kütləvi DAVA – ANBAAN GÖRÜNTÜ *ABŞ Rusiya ilə sərhəd ölkələri maliyyələşdirməyəcək *Zelenski Türkiyəyə təşəkkür etdi *Kanada Ukraynaya hərbi yardım göstərməyə hazırdır *Trampın oğlu da milyarder oldu *KİV: Tramp Pentaqonu yenidən Müharibə Nazirliyi adlandırmaq istəyir *Trampın Avropa liderləri ilə telefon mübahisəsinin detalları açıqlanıb *Rusiya…

Read More
Gündəm 

“Makronun ordusu” Azərbaycan sərhədində qalır

Azərbaycan Aİ missiyasının Ermənistandan çıxarılması məsələsini qaldıra bilər Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti, ABŞ Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə iki ölkənin xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini parafladılar.  17 bənddən ibarət olan mətndə mühüm məqamlar yer alıb, onlardan biri də ümumi sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsini istisna edən 7-ci maddədir. Qeyd olunub ki, tərəflər ümumi sərhəd boyunca üçüncü tərəflərin silahlı qüvvələrini yerləşdirməyəcəklər: “Tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin…

Read More
Gündəm 

Zakir Həsənov Hanoyda – Vyetnam silahları…

Azərbaycan müdafiə sənayesinin inkişafı üçün Cənub-Şərqi Asiya ölkəsinə açılır – hərbi ekspertin gözləntiləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasında ikigünlük səfərdə olub. Z.Həsənov Avqust İnqilabının 80-ci ildönümü və Vyetnam Sosialist Respublikasının Milli Günü münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib. Dövlət rəsmiləri, xarici qonaqlar və xeyli sayda vətəndaşın iştirakı ilə Hanoy şəhərində yerləşən “Ba Dinh” meydanında keçirilən tədbirdə Vyetnamın azadlıq uğrunda tarixi mübarizəsi xatırlanıb, xalqın milli birliyi və sosialist inkişaf yolunda əldə etdiyi nailiyyətlər vurğulanıb. Mərasim çərçivəsində rəsmi çıxışlar, ədəbi-bədii kompozisiyalar, hərbi orkestrin ifası və müxtəlif mədəniyyət proqramları…

Read More
Gündəm 

Əsas hədəf əməkdaşlıqda etimad mühitinin daha da möhkəmləndirilməsidir

Dövlət başçısı İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu çağırışı səsləndirdi ki, imzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, biz 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, bu sahədə yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Çinə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə əsas diqqət göstərilən məsələlərdən biri də məhz bu oldu.  Ümumilikdə şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi,…

Read More