İki nüvə dövləti savaşdı, Azərbaycan ziyan çəkdi
Ekspertlərdən fərqli fikirlər: “Siyasi və hərbi hadisələr turizmə yönəlik təhlükəsizlik narahatlıqlarını artırır, bu da turist sayının azalmasına səbəb olur” Son dövrlər beynəlxalq aləmdə baş verən hadisələr, o cümlədən Hindistan-Pakistan müharibəsi, eləcə də Rusiyanın Azərbaycana qarşı atdığı addımlar Azərbaycana gələn xarici turistlərin sayına təsir edib. Bu barədə yazan FED.az saytında bildirilir ki, 2025-ci ilin ilk altı aylıq nəticələrinə görə, xaricdən Azərbaycana turizm məqsədilə 842 min nəfər gəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 7 min nəfər və ya təqribən 1% azdır. Azalmanın səbəbi Rusiya və Hindistandan gələn turistlərin sayındakı geriləmədir.…
Read More