Gündəm 

Avropada siyasi elitanın çöküşü və lider böhranı

Bunun tam əksi olaraq, 8 avqust 2025-ci ildə dünya Ağ Evdə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, özünün də dediyi kimi böyük Lider İlham Əliyevə göstərdiyi hörmətin şahidi oldu Bəzi Avropa liderləri illərlə “insan hüquqları”, “humanitar dəyərlər” və “demokratik prinsiplər” kimi anlayışları beynəlxalq siyasətdə bayraq edərək özünü qlobal etik dəyərlərin daşıyıcısı kimi görürdü. Ancaq son illərdə bu idealist maskanın arxasındakı siyasi reallıqlar gün kimi ortaya çıxır: Avropanın aparıcı ölkələri həm daxilində, həm də xarici münasibətlərində ardıcıl siyasət yürüdə bilmir və bu səbəbdən ciddi siyasi deqradasiyaya uğrayır.…

Read More
Gündəm 

Bölgələrin inkişafına kompleks yanaşma dövlətin iqtisadi siyasətinin əsas tərkib hissəsidir

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində mühüm sosial obyektlərin təməlqoyma mərasimində iştirak etdilər, görülən işlərlə yaxından tanış oldular Dövlət başçısı İlham Əliyev 2003-cü ildə bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Həmçinin əsas hədəflərdən biri də bu oldu ki, neft kapitalını insan kapitalına çevirməliyik. Cənab İlham Əliyev bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini önə çəkdi və Regional inkişaf proqramlarının icrasına start verildi. Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə aparılan işlərlə…

Read More
Gündəm 

Qarabağ və Şərqi Zəngəzurda 12 şəhər dirçəldilir – Region üçün nümunə

Azərbaycanın dövlətçilik tarixində ən mühüm hadisələrdən biri 2020-ci ilin Vətən müharibəsində qazanılan Zəfər oldu. Bu qələbə ilə təkcə ərazi bütövlüyümüz təmin edilmədi, həm də işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın, dirçəlişin əsası qoyuldu. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı layihələr məhz həmin tarixi qələbənin real nəticəsidir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ölkəmizin gələcək inkişaf strategiyasının ən vacib istiqamətlərindən birini təşkil edir. Bu proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda 12 şəhərin Baş planının…

Read More
Gündəm 

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpası olacaq

ECO-nun 17-ci Zirvə toplantısında qəbul olunmuş Xankəndi Bəyannaməsi, Vaşinqtonda imzalanan sənədlər soydaşlarımızın tarixi torpaqlarına dönüşünün hüquqi imkanlarını artırır Vətən müharibəsində qazandığı şanlı Zəfəri ilə torpaqlarını işğaldan azad edərək Qarabağ və Şərqi Zəngəzuru cənnətə döndərmək vədini reallşadıran Prezident İlham Əliyev soydaşlarımızın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətində fəaliyyətini davam etdirir. İşğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdışın sürətləndiyi ölkəmizdə mühüm milli prioritet olan Qərbi Azərbaycana Qayıdışın beynəlxalq gündəlikdə aktuallığını qoruması, yurd nisgili soydaşlarımızın doğma yurdlarına qayıtması istiqamətində görülən işlər daha da intensivləşib. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması…

Read More
Gündəm 

Bakı və İrəvanda hazırlıq – Putinin sənədinə “qud, bay!”

Rusiyanın moderatorluğu ilə əldə olunan üçtərəfli bəyannaməyə son verməyin yolu; Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir; Bakıdan reaksiyalar Avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflaması 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın “tabutu”na sonuncu mismarı vurmuş oldu. Çünki bununla 10 noyabr sənədi öz əhəmiyyətini itirdi. Buna qədər isə nə Rusiya, nə Ermənistan o sazişdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmişdi. İstər sülhməramlılar bölgəyə daxil olarkən erməni silahlı birləşmələrinin çıxarılması olsun, istərsə 9-cu bənddə razılaşdırılan nəqliyyat kommunikasiyalarının açılması. Azərbaycan bir sutkalıq antiterror əməliyyatı ilə…

Read More
Gündəm 

Fəaliyyətsiz mexanizm tarixin arxivinə göndərilir

Artıq heç bir dövlət və ya təşkilat Azərbaycana qarşı təzyiq aləti kimi Minsk qrupunun adından istifadə edə bilməyəcək Azərbaycanın ən yeni tarixi mərhələsinə daxil olduğu bir dövrdə beynəlxalq münasibətlər sistemində mühüm hadisə baş verdi. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirdiyi görüş yalnız region üçün deyil, bütövlükdə beynəlxalq hüququn işləkliyi baxımından dönüş nöqtəsi kimi yadda qaldı. Bu görüşdə uzun illərdir süni şəkildə saxlanılan və fəaliyyətsizliyi ilə yadda qalan ATƏT-in Minsk qrupu və onunla əlaqədar strukturların buraxılması barədə…

Read More
Gündəm 

Müharibəsiz dünya naminə birləşək, silahlara “yox” deyək!

ABŞ-ın birinci xanımı Melaniya Trampın  Putinə  ünvanladığı  məktub dünyada sülhün, müharibələrdən, milli münaqişələrdən, terror aktlarından, insan alverindən əziyyət çəkən  uşaqların qorunmasına, təhlükəsizliyinin təminatına  beynəlxalq  çağırışdır Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın  görüşlərinin təşkili  bəzi məqamaları ilə daha çox diqqəti çəkdi. Ağ Evdə imzalanan sənədlər illərdən bəri «vasitəçi» simasında, guya   bölgədə sabitlik yaratmaq niyyətlərini tısbağa yerişinə bənzər «fəaliyyətləri» ilə davam etdirən  beynəlxalq təşkilatların yarıtmaz «səylərinə» verilən qeyri-kafi qiymət oldu.  Prezident  Donald Trampın vasitəçiliyi ilə  sülh istiqamətində əldə edilmiş tarixi…

Read More
Gündəm 

“EU Reporter”: İlham Əliyev – Cənubi Qafqazda sülhün memarı

Azərbaycan Prezidenti İlham Əliyev həm daxili, həm də xarici siyasətdə dünya liderinə çevrilir. O, öz adını təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın və ətraf regionun tarixinə yazdırıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə beynəlxalq jurnalist və Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə ekspert Derya Soysalın “EU Reporter” üçün yazdığı məqalədə deyilir. D.Soysal qeyd edir ki, İlham Əliyev prezident kimi fəaliyyətə başladığı andan etibarən özünü Azərbaycanı sabitlik, rifah və beynəlxalq səviyyədə tanınma dövrünə aparan uzaqgörən lider kimi təsdiqləyib. Bununla belə, o, məhz 2020-ci il Qarabağ müharibəsindəki qələbədən sonra öz adını tarixə qızıl…

Read More
Gündəm 

Azərbaycana Rusiya və Ukraynadan gələnlərin sayı rekord həddə

2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 2 milyon 176 min 436 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, gələnlərdən 2 milyon 67 min 278 nəfəri Rusiya, 109 min 158 nəfəri Ukrayna vətəndaşıdır. Eyni zamanda 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 314 min 549 nəfər, Ukrayna vətəndaşlarının sayı isə 17 min 138 nəfər olub. Bundan başqa, 2022-ci ilin mart ayından 2024-cü ilin iyul ayınadək isə ümumilikdə 1 milyon 535 min 889 nəfər…

Read More
Gündəm 

Adı sağlamlıq özü isə xəstəlik saçan “Yodlu göl” niyə bu haldadır? – VİDEO

Suraxanı rayonu Hövsan qəsəbəsində “Yodlu göl” adlanan ərazinin hazırdakı vəziyyəti heç ürəkaçan deyil. Adı sağlamlığın bərpası üçün nəzərdə tutulan bu əraziyə sağlam gələn xəstəlik tapar. Bundan başqa çəkiliş zamanı üfunət qoxusundan yanında dayanmaq belə mümkün olmayan ərazidə AzTV-nin əməkdaşına təzyiq də göstərilib. Bu barədə daha ətraflı keçiddə:

Read More