Gündəm 

18 il sonra ilk dəfə…- FOTOLAR

Məlum olduğu kimi, bu gün ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens Azərbaycana rəsmi səfər edib. Bu, son 18 ildə ABŞ vitse-prezidentinin ölkəmizə ilk belə səfəridir. Belə ki, sonuncu dəfə səfər 2008-ci ildə Corc Buş administrasiyasının vitse-prezidenti Dik Çeyni tərəfindən həyata keçirilmişdi. Qeyd edək ki, hər iki rəsmi şəxs Respublikaçılar partiyasının nümayəndəsidir. Məlumat üçün bildirək ki, Cənubi Qafqaza ABŞ Prezidenti kimi səfər edən yeganə şəxs isə Corc Buş olub. O, 2005-ci ildə Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili ilə görüşmək üçün Tbilisiyə gəlmişdi./Qafqazinfo.az/ ABŞ-nin vitse-prezidenti Dik Çeyninin 2008-ci ildəki səfəri ABŞ-nin vitse-prezidenti Ceyms…

Read More
Gündəm 

Məktəb nə klubdur, nə də mədrəsə!

“İdrak” liseyində açılan atəş ictimai diqqəti təhsil sisteminə cəmlədi. Baş verən hadisənin kökündə müəllim-şagird konflikti dayanır. Bu konflikt öz məğzinə və təzahürlərinə görə çoxşaxəlidir. Zaman-zaman məsələnin kökü barədə müxtəlif şərhlər təqdim etmişik. Bir daha təkrarlamalı olsam, təhsil, müəllim və şagird məktəbə qayıtmalıdır. Məktəb isə ancaq nizam-intizam güclü olanda öz məqsədinə çata, pozitiv elmi bilikləri nəsildən-nəsilə ötürə bilər. Pozitiv elm dindən ayrılmış, yalnız empirik müşahidəyə, təcrübəyə və rasional düşüncəyə əsaslanan biliklər məcmusudur. Odur ki, Azərbaycan Konstitusiyasının dövlətin dindən ayrıldığı, təhsil sisteminin isə dünyəvi olduğu xüsusi vurğulanır. Deməli, orta məktəblərdə vahid məktəb formasına…

Read More
Gündəm 

Vens Bakıdadır- FOTO/VİDEO – Yenilənib

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ermənistana rəsmi səfərini başa vurub. C.D.Vens Bakıya yola düşüb. Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti fevralın 9-da İrəvana səfər edib, Ermənistanın Baş naziri Nikol Paşinyan və bu ölkənin Prezidenti Vaaqn Xaçaturyanla görüş keçirib. *** Ceyms Devid Vens Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Read More
Gündəm 

Mətbuat Şurası mediaya müraciət etdi

“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”da media materiallarının ictimai əhəmiyyətlilik dərəcəsi üç cəhətdən əsaslandırılır. Birincisi, sağlamlıq və təhlükəsizliyin qorunması, ikincisi, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, üçüncüsü ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması. Azərbaycan jurnalistləri fəaliyyətlərində bu prinsipləri rəhbər tutmaqdadırlar. Amma bəzən fərqli tendensiyanın şahidi oluruq. Musavat.com xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb. Bildirilir ki, media orqanlarında müxtəlif qidaların zərərli olmasına dair fikirlərin yer alması, mövzuya dair ekspertlərin çıxış və rəylərinə yer verilməsi adiləşib. Qida bazarındakı hansısa məhsulun tamamilə keyfiyyətdən uzaq olduğu barədə…

Read More
Gündəm 

Azərbaycan quru sərhədləri ilk bu ölkə ilə açacaq – İDDİA

Bakı və Tehran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edirlər. Musavat.com bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir. Bildirilir ki, bu barədə İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil bölgəsindən olan parlament üzvləri ilə görüşündə məlumat verib. Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından bağlıdır.

Read More
Gündəm 

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Azər Mursaqulov KİMDİR… – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Musavat.com Azər Mursaqulovun dosyesini təqdim edir: Azər Mursaqulov 1981-ci ildə ildə anadan olub. O, Türkiyənin Boğaziçi Universitetinin məzunudur. ABŞ-ın Corciya Universitetində iqtisadiyyat ixtisası üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb. A.Mursaqulov 2010–2012-ci illərdə Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri vəzifəsində çalışıb. 2012–2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2019-cu ildən etibarən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini tuturdu.

Read More
Gündəm 

Parlamentdə GÜLLƏLƏNƏN MÜƏLLİM söhbəti – Deputatdan ÇAĞIRIŞ

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə çıxış edib. Musavat.com-un məlumatına görə, deputat təəssüflə deyib ki, Azərbaycanda uşaqların boy göstəriciləri orta Avropa göstəricilərindən aşağıdır və bu tendensiya davam edir: “Şübhəsiz, burada genetika mühüm rol oynayır. Səhiyyə xidmətinin keyfiyyəti və fiziki aktivlik də önəmlidir. Lakin bütün bunlarla yanaşı, ən həlledici amil qidalanmadır. Uşaqların zəruri vitaminlərlə və yüksək kalorili qida ilə təmin olunması sahəsində ölkədə ciddi problemlər mövcuddur. Buna görə də məktəblərdə uşaqlara yemək verilməsinə, həm də keyfiyyətli qida…

Read More
Gündəm 

Komitə sədrindən İLGİNC açıqlamalar

Milli Məclisdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Musavat.com-un məlumatına görə, layihə barədə parlamentin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında bildirib ki, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi-hazırda qüvvədə olan hüquqi aktın 1998-ci ildə qəbul olunduğunu nəzərə aldıqda Vətən müharibəsində Qələbəmizdən sonra uşaqlara, ailəyə və gələcəyimizə yönələn yeni dövlət siyasəti adlandırmaq olar: “Birinci oxunuş konseptual xarakter daşıdığı üçün bir neçə tarixi, demoqrafik və sosioloji məqamları layihənin müzakirəsində vurğulamaq yerinə düşər. Hər bir…

Read More
Gündəm 

YAP-ın Aparat rəhbəri KİM olacaq? – ADLAR

Tahir Budaqovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonra Yeni Azərbaycan Partiyasında (YAP) Aparat rəhbəri postu boşalmış sayılır. Musavat.com xəbər verir ki, hakim partiyanın mərkəzi strukturlarında bu vəzifəyə kimin gətiriləcəyi yönündə müzakirələrin başladığı bildirilir. Məlumata görə, YAP rəhbərliyi Aparat rəhbəri postuna daha çox partiya daxilində uzunmüddətli idarəçilik təcrübəsinə malik, Mərkəzi Aparatın iş mexanizmini yaxşı bilən şəxsin təyinatında maraqlıdır. Bu baxımdan bir neçə ad ehtimal olunan namizəd kimi hallanır. Müzakirə olunan adlar sırasında YAP İdarə Heyətinin üzvlərindən, partiyanın regional strukturlarına nəzarətdə və təşkilati məsələlərdə aktiv rol oynayan funksionerlərin olduğu…

Read More
Gündəm 

Türkiyədə toyuq əti bahalaşdı, ixracı yasaqlandı – Azərbaycanda vəziyyət necədir?

Ramazan ayı ərəfəsində Türkiyə hökuməti oruc tutanların normal qidalanması üçün yenidən toyuq əti və toyuq məhsullarının ixracına qadağa qoyub. Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, Ramazan ayı ərəfəsində istehsalçı və satıcılar tərəfindən toyuq məhsullarının qiymətlərinin təxminən 15 faiz artırılmasından sonra Ticarət Nazirliyi toyuq məhsullarının ixracının bu gündən etibarən dayandırılacağını açıqlayıb. Qeyd olunub ki, bu qərar daxili bazarda təklifin artırılması və qiymət artımlarının qarşısının alınması məqsədilə qəbul edilib. Nazirlik xəbərdarlıq edib ki, bazardakı proseslər yaxından izləniləcək və zərurət yaranarsa əlavə tədbirlər də gündəmə gələ bilər. Qeyd edək ki, son illərdə Türkiyədə Ramazan ərəfəsində toyuq…

Read More