Gündəm 

“Radarlar sizə “dayan, düşün, təhlükəsiz get” demək üçündür”

Daxili İşlər Nazirliyi (DİN) sürücülərə müraciət edib. Musavat.com xəbər verir ki, müraciətdə deyilir: “Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması nazirliyin əsas prioritet istiqamətlərindəndir. Baş verən qəzalarda sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır. Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir. Əziz sürücülər, sükan arxasında verdiyiniz hər qərar təkcə öz taleyinizi deyil, ətrafınızdakıların da həyatına təsir edir. Sürət nə…

Read More
Gündəm 

Mehdiyevə TİBBİ EKSPERTİZA təyin olunacaq: YADDAŞINI itirib?– məsuliyyətdən yayınmaq üçün ŞOK OYUN

Ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin səhhətində problemlər yaranması barədə məlumatlar yayılıb. Oxu24.com saytı yayılan informasiyalarla bağlı dəqiq məlumat əldə etdiyini yazıb. Mehdiyevlərə yaxın mənbənin verdiyi məlumata görə, “boz kardinal”ın son günlərdə səhhətində ciddi problemlər yaranıb. Onun tez-tez huşunu itirdiyi, yaddaşının gedib-gəldiyi iddia olunur. Hətta, ailə yaxın həkimlə də bu haqda məsləhətləşmələr aparıb. Onun azheimer xəstəliyindən əziyyət çəkdiyi iddia olunur. Mənbə qeyd edib ki, onda bu xəstəliyin olması hələlik rəsmi təsdiqini tapmayıb. Qanunvericiliyə görə, bunun üçün məhkəmənin qərarı ilə məhkəmə tibbi ekspertizası təyin edilməlidir. Ehtimal olunur ki, Ramiz Mehdiyev bu…

Read More
Gündəm 

Azərbaycanla Qazaxıstan arasında güclü və qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur

Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər  yüksək dərəcədə güclü və qarşılıqlı etimada əsaslanır. Bu münasibətlər yalnız dövlətlərarası deyil, eyni zamanda xalqlarımız arasında qardaşlıq əlaqələri üzərində qurulub”. Bu fikirləri cənab Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibəsində dilə gətirib. Müsahibədə Azərbaycan Qazaxıstan əlaqələrinin ikitərəfli münasibətlərdən daha da irəli getdiyini qeyd edən dövlət başçısı bu münasibətlərin regionda sabitliyin təminatında mühüm rol oynadığını vurgulayıb. Prezident Əliyev iqtisadi münasibətlərin dinamik artımını vurğulayaraq qeyd edib ki, 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 470 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin yalnız ilk 8 ayında…

Read More
Gündəm 

Bakının inqilabi yaxşılığı, erməninin sonrakı ağlı – Qarabağa qayıdış…

Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad tədbirlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Bakının qonşu ölkəyə yük tranzitinə qoyulan məhdudiyyətləri götürməsi bu yöndə ən mühüm yenilik sayıla bilər. Diqqətçəkicidir ki, xoşməramlı addımımızı İrəvan rəsmiləri dərhal və yüksək qiymətləndiriblər. Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib. Eyni zamanda, o, Ermənistanın da Azərbaycandan Türkiyəyə və əks istiqamətdə tranzit yüklərin daşınması üçün yolları açmağa hazır olduğunu bildirib. Həmçinin yaxın vaxtlarda Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və elektrik xətləri çəkiləcəyini deyib. Eləcə də digər yüksək cinli erməni rəsmilər Azərbaycana minnətdarlıq dolu açıqlamalar veriblər. Parlament sədrinin müavini Ruben…

Read More
Gündəm 

Ramiz Mehdiyevin kürəkəninin milyonluq villaları – FOTOLAR

Hazırda ağır ittihamlarla həbs olunmuş Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin Bakının Novxanı kəndində 5 mərtəbəli qoşa villaları var. Novxanı sakinləri indiyədək bu villalarda heç kimin yaşamadığını bildirirlər. Qeyd edək ki, 5 mərtəbəli villaların hər biri 1 hektarlıq ərazidə yerləşir. Onları sadəcə hasar ayırır./NOCOMMENT.az/

Read More
Gündəm 

Bu amil Azərbaycanda inflyasiyanı tətikləyir: Mərkəzi Bank proqnozlarını dəyişdi

Azərbaycanda inflyasiyaya ən çox təsir edən daxili amil kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləridir. Musavat.com xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov faiz dərəcələrinin açıqlanmasına həsr olunmuş brifinqdə deyib. Onun sözlərinə görə, 9 ayda ölkədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 9,3 faiz artıb. Bu, inflyasiyaya 4,28 faiz bəndi artırıcı təsir göstərib. AMB bu artımın səbəblərini təhlil etmək üçün Dövlət Statistika Komitəsinin bazasından istifadə edib. Müşahidələr göstərib  ki, 9 ayda birillik bitkiçilikdə bu göstərici 4,6 faiz, çoxillik bitkiçilikdə 22,7 faiz təşkil edib. Heyvandarlıq məhsullarının istehsalçı qiymət indeksi isə…

Read More
Gündəm 

İlham Əliyevdən Ermənistan üçün çörək yolu və o paytaxtların sükutu

Prezident İlham Əliyevin Qazaxıstana etdiyi dövlət səfəri dövlətimizə, onun Liderinə ehtiramın və diqqətin növbəti dəfə bariz nümunəsi oldu. Qardaş ölkənin prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını şəxsən hava limanında qarşıladı, səfərin sonunda da elə hava limanından yola saldı. Eyni zamanda paytaxt Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsinin düzülməsi, dövlət himnlərimizin şövqlə oxunması, keçirilən görüşlərdə qardaşlıq mesajlarının verilməsi, iki qonşu və bir kökə malik xalqların arasında Xəzər üzərindən əbədi körpülərin atılmasına yönəlik mövqelərin ifadəsi, kəsəsi, hər şey ürəkaçan idi. İnsafən, qazax qardaşlarımız bu səfərə çox yaxşı hazırlaşmışdılar, ən…

Read More
Gündəm 

Faciəvi ölümü ilə hamını sarsıdan Ləmanın toyundan görüntülər – VİDEO

Xəbər verdiyimiz kimi, oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaşlı Ləman Məmmədlinin meyiti şəhərin Günəşli Bağlar adlanan ərazisində asılı vəziyyətdə tapılıb. Sosial şəbəkələrdə mərhumun qız toyundan görütülər yayılıb. Qeyd edək ki, Ləman 35 yaşlı kişi ilə nişanlı imiş və bir neçə gün əvvəl onların qız toyu olub, noyabrın 1-də isə oğlan toyu planlaşdırılırmış. Hadisədən əvvəl isə qız toyundakı gəlinliyin kürək nayihəsinin açıq olmasına görə bəylə gəlin arasında mübahisə yaşandığı və bundan sonra Ləmanın canına qıydığı iddia edilir. Ləman Məmmədlinin atası Murad Bayramov da qızının gəlinlik geyimi ilə bağlı nişanlısı və…

Read More
Gündəm 

Qubadlının azadlığına qovuşmasından beş il ötür

27 il düşmən əsarətində qalan bu şəhər 2020-ci ilin Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə azad olunaraq, tarixə bir zəfər simvolu kimi daxil oldu Zəfər yürüşünün 29-cü günündə – 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri öz doğma sakinləri ilə birlikdə azadlıq ruhunun təntənəsini yaşamağa başladı. Qubadlı Şəhəri Günü sadəcə tarixi bir gün deyil, həm yenidənqurma və bərpa proseslərinin rəmzinə çevrilib, həm də Qubadlıya qayıdan insanlar üçün doğma torpaqlara qayıdışın simvolik bir mərhələsidir. Şəhərin müxtəlif yerlərində yeni tikinti işləri, yolların bərpası və sosial obyektlərin yenidən qurulması davam edir. Bu proseslər…

Read More
Gündəm 

Qardaşlıqdan Strateji Müttəfiqliyə

20-21 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanda dövlət səfərində olub. Xüsusi ilə vurğulamaq yerinə düşərdi ki, “dövlət səfəri” səfərlər içərisində ən alisidir. Bu səfər həm iki ölkə arasındakı münasibətlərin strateji dərinliyini, həm də regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər çərçivəsində bir sıra mühüm görüşlər və dövlət tədbirləri baş tutdu. Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirildi, bir sıra vacib sənədlər imzalandı, “Orta Dəhlizin inkişafı” adlı birgə layihə təqdim olundu və Prezidentlər “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində oldular. Hər bir istiqamət müasir dövrdə…

Read More