Apteklərdə saxta dərmanlar satılır? – Video
Azərbaycanda son illər dərmanların keyfiyyəti ilə bağlı narazılıqlar artıb. Vətəndaşlar bəzi preparatların əvvəlki kimi təsir göstərmədiyini, hətta apteklərdə saxta dərmanların satıldığını iddia edirlər. Musavat.com xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb. Sakinlər xüsusilə boğaz və diabet dərmanlarının effekt vermədiyini bildiriblər. “Əvvəl şəkər dərmanları daha çox təsir edirdi. İndi isə elə təsir göstərmir. Yəqin keyfiyyəti aşağıdır”, – deyə vətəndaşlardan biri qeyd edib. Tibbi məsələlər üzrə ekspert Adil Qeybulla bildirib ki, saxta dərmanların aptek şəbəkəsinə daxil olması müxtəlif qanunsuz yollarla həyata keçirilir və bunu ilk baxışdan müəyyən etmək mümkün deyil.…
Read More