Bərdədə bir ailənin dörd üzvü NƏDƏN ZƏHƏRLƏNİB? – Agentlik məlumat yaydı – VİDEO
“Bəzi xəbər saytlarında Bərdə rayonunda 4 nəfərin “qida zəhərlənməsi” ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb”. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda bildirilib. “Belə ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, həmin şəxslərə “Mədə-bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu” diaqnozu qoyulub. Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar”, – qurumdan qeyd edilib. https://www.youtube.com/shorts/EiBQc4ruZTw
Read More