Region Xəbərləri 

Salyanın meyvə bağlarından 318 tondan çox məhsul yığılıb

Salyanın meyvə bağlarında bu il bol məhsul yetişib. Bağbanlar dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan yararlanaraq ötən ilə nisbətən daha çox məhsul tədarük ediblər. Salyan rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Salyan rayonunda bu günədək 855,6 hektar meyvə və giləmeyvə bağlarından 318,8 ton məhsul istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 ton çoxdur. Yığılan məhsulun 39,2 tonunu alma, 24,6 tonunu armud, 20,8 tonunu ərik, 42,7 tonunu albalı, 21,6 tonunu şaftalı, 9,2 tonunu gavalı, 53,4 tonunu alça, 9,9 tonunu gilas təşkil edib.…

Read More
İdman Region Xəbərləri 

Bərdədə “İdman hamı üçün” devizi altında 70 nəfər idmançının iştirakı ilə kikboksinq idman növünün nümayişi keçirilmişdir.

18 iyul 2023-cü il tarixdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Heydər Əliyev adına park-bulvarda “İdman hamı üçün” devizi altında 70 nəfər idmançının iştirakı ilə kikboksinq (məşqçi Tural Bayramov) idman növünün nümayişi keçirilmişdir.

Read More
Region Xəbərləri 

Rənglərin dəyişdiyi, ruhun yeniləndiyi məkan FOTO

Əsrarəngiz təbiəti, şəfaverici bulaqları, termal suları, füsunkar şəlalələri ilə tanınan bölgələrimizdən biri də Qax rayonudur. Təsadüfi deyil ki, rayon ərazisində fərqli ölçüdə və hündürlükdə 10-dək şəlalə var, onların hər biri öz gözəlliyi ilə seçilir. AZƏRTAC xəbər verir ki, belə şəlalələrdən biri də Ləkit kəndi ərazisində, dağların ətəyində, eyniadlı çayın sağ sahilində yerləşən Mamırlı şəlaləsidir. Xalq arasında bu şəlaləyə həm də Damcılı şəlalə deyilir. Yaşı qədimlərə söykənir. Qayalardan süzülərək axan su şəlalənin ərazisində süxurlar yaradıb, onların üzərini isə mamır örtüb. Sanki qaya-süxurların üzərinə yaşıl xalı sərilib. Qaxın Ləkit kəndi Böyük Qafqazın ətəklərində…

Read More
Region Xəbərləri 

İlin əvvəlindən Zaqataladan 227 kiloqram qızılgül yağı ixrac edilib

Bu ilin birinci yarısında Zaqatala rayonunda fəaliyyət göstərən “Ləcheq Farm and Distillery” MMC-nin qızılgül yağı istehsalı müəssisəsində 205 kiloqram qızılgül və 733 kiloqram lavanda yağı istehsal edilib. İlin əvvəlindən müəssisə tərəfindən xarici ölkələrə keçən ildən qalan məhsul da daxil olmaqla, 227 kiloqram qızılgül yağı ixrac olunub. Müəssisədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda MMC-nin rayonun Aşağı Tala kəndinin ərazisində 151 hektar “Dəməşq qızılgülü”, həmçinin 33,5 hektar lavanda və nanə plantasiyaları mövcuddur. Sahələr tam olaraq damcı suvarma sistemi ilə suvarılır. Bu, bitkinin məhsuldarlığına müsbət təsir göstərməklə yanaşı, torpaqların erroziyadan və şoranlaşmadan qorunmasına,…

Read More
Bölgə Region Xəbərləri 

Bərdənin Qaratəpə kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir-FOTOLAR

Qaratəpə kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Qaratəpə kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illərdə Qaratəpə kəndi qazlaşdırılıb, kənd ərazisində 11 km açıq dren kanallar lildən təmizlənmiş, içməli su şəbəkəsi çəkilən küçələrdə…

Read More
Region Xəbərləri 

Sülh danışıqları ilə bağlı mövqeyimiz beynəlxalq hüquqa əsaslanır.

Fəqət Şadlinskaya  YAP Bərdə rayon təşkilatının sədri.  Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra ölkəmiz  regionda dayanıqlı sülhün  və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. İki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərdə  Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən təklifini dəstəkləsə də konkret məqam yetişəndə  hələ də gözləmə mövqeyində qalmaqdadır.    İyulun 11 də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə…

Read More
Region Xəbərləri 

Bərdədə ətraf mühitin çirkləndirilməsinə qarşı tədbirlər davam etdirilir + FOTO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan ARANTV.AZ-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə rayonun Yeni Əyricə və Kərimbəyli kəndlərinin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.   Ərazinin zibillənməsi halları ilə bağlı keçirilən…

Read More
Gündəm Region Xəbərləri 

Bərdədə “Heydər Əliyev ili” çərçivəsində dəyirmi masa keçirilib-FOTOlar

“Heydər Əliyev ili” çərçivəsində Azərbaycan xalqının Ümummili lideri, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 54-cü ilönümü münasibətilə Bərdə rayon İcra Hakimiyyətinin konfrans zalında dəyirmi masa keçirilib ARANTV.AZ xəbər verir ki ,tədbirdə rayonun ictimaiyyət nümayəndələri, təhsil, mədəniyyət işçiləri, ziyalılar iştirak ediblər. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Günel Cəfərova açaraq bildirmişdir ki, Ümummili lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi hər bir azərbaycanlı üçün qürur tarixidir. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin qurub yaratdıqlarından bu gün…

Read More
Gündəm Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı Milli Mətbuat və Jurnalistika günü münasibətilə media nümayəndələri ilə görüş keçirmişdir+FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib. ARANTV.AZ xəbər verir ki, əvvəlcə YAP Bərdə rayon təşkilatının kollektivi media nümayəndələri ilə birlikdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövılüyü uğrunda həlak olmuş şəhidlərimizin, Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin və həyatdan getmiş media nümayəndələrinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya milli mətbuatın yaranmasının ildönümü…

Read More