Category: Region Xəbərləri
Daşkəsəndə 30 yaşlı kişi ağac kəsən zaman faciəli şəkildə öldü
Daşkəsəndə kişi bədbəxt hadisə nəticəsində ölüb. APA xəbər verir ki, hadisə Astaf kəndində yerləşən meşə massivində qeydə alınıb. 1993-cü il təvəllüdlü Səməd Həsənov meşədə ağac kəsən zaman budaq qırılaraq başına düşüb. Nəticədə Səməd Həsənov ölüb. Faktla bağlı araşdırma aparılır.
Read MoreBərdədə “Alfa Med” klinikasının fantastik müayinə QİYMƏTİ-VİDEO
Bərdə rayonunda fəaliyyət göstərən özəl tibb klinikaası olan ” Alfa Med” Klinikaası insanı şok edəcək müayinə qiymətləri tərtib edib. Rayonda fəaliyyət göstərən digər özəl klinikalarda 8-10 manata olan QFT analizi ” Alfa Med” klinikaasında nə az nə çox 250 manata təklif edilir. Görəsən bu qiyməti klinika rəhbərliyi hardan müəyyən edib. Kim ona bu ixtiyarın verib. ARAN TV məsələni dəqiqləşdirmək üçün “Alfa Med” Klinikası və və digər özəl klinikalarla təlefon əlaqəsi saxlayıb. Aparılan araşdırma zamanı yuxarıda qeyd edilən qiymətlər isə təsdiqini tapıb. Yəqin ki, Səhiyyə nazirliyi və digər dövlət orqanları məsələni…
Read MoreBərdədə obyekt sahibi bıçaqlandı-VIDEO
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan rayon sakini Orxan adlı şəxs naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Hadisənin törədən şəxsin müəyyən edilməsi istiqamətində rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir. ARANTV
Read MoreBərdədə yaşayış evi yanıb kül oldu-VİDEO
Bərdə rayonunda yanğın hadisəsi baş verib. Hadisə Göyüşlü kəndində baş verib. Kənd sakini Mahir Heydər oğlu Kazımova məxsus evdə yanğın baş verib. İki mərtəbədən ibarət olan 10 otaqlı yaşayış evi tamamilə yanaraq kül olub. Yanğın zamanı ev sahibləri evdə olsa da xoşbəxtlikdən xəsarət alan olmayıb. Bildirilir ki, ev qəfil alovlandığından ailə üzvləri evi tərk edərək qonşuları köməyə çağırıblar. Lakin yanğın evi əhatə etdiyindən alovu söndürmək mümkün olmayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hadisənin qısaqapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Read MoreBərdədə anormal hava şəraiti soğan təsərrüfatına bir sıra xəstəliklər salıb-Vİdeo
Əkin sahələrində soğan yığımı aparılır. Görüntülər Bərdə rayonundandır. Hər bir xörəyə dad verən bu qida məhsulu ötən illə müqayisədə azdır. Kəndlilər becərdikləri məhsulun satış qiymətindən də razıdırlar. Aqrotexniki qaydalara uyğun yetişdirilən soğan kəndlinin gözlədiyindən az məhsul verib.Ötən il bir hektar sahədən 50-60 ton məhsul götürülürdüsə bu il bir hektar sahədən 25-30 ton məhsul gözlənilir.Bu il qiymətlər də dəyişib.Ötən ilə nisbətən bahalaşıb.Soğanın bir kiloqramını kəndlilər 35-40 qəpiyə satırdılarsa, bu il bu rəqəmlər 50-55 qəpik arası dəyişir. Məhsulun alıcısı da var. Təsərrüfat sahibləri soğanı elə yerində satırlar. Fermerlerin sözlərinə görə, soğan istehsalında…
Read MoreBərdədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir-VİDEO
Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Öncə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin və aparatın məsul işçilərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, idarə, müəssisə, təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, kütləvi informasiya vasitələrinin və ictimai birliklərin nümayəndələrinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəsi önünə tər gül dəstələri düzülmüşdür. Bərdə Rayon Mədəniyyət Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini, Bərdə rayonuna səfərlərini özündə əks etdirən sərgiyə baxış…
Read MoreÜmummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasında “Xalqına həsr edilmiş ömür” adlı tədbir keçirilmişdir-FOTO
Öncə ümummilli liderin həyatı və siyasi fəaliyyəti ilə bağlı video-çarx izlənilmişdir. Bərdə RMX-nın direktoru Vüsal Məmmədov çıxış edərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətini özündə ehtiva edən geniş məruzə ilə çıxış edərək qeyd edib ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu…
Read MoreBərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir -FOTO
Öncə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin və aparatın məsul işçilərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, idarə, müəssisə, təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, kütləvi informasiya vasitələrinin və ictimai birliklərin nümayəndələrinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəsi önünə tər gül dəstələri düzülmüşdür. Bərdə Rayon Mədəniyyət Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini, Bərdə rayonuna səfərlərini özündə əks etdirən sərgiyə baxış keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Bərdə rayon İcra Hakimiyətinin başçısı Vidadi İsayev Azərbaycan…
Read More