Hadisə Region Xəbərləri 

Bərdədə narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücü saxlanılıb+Video

  Bərdə rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində Məmməd Məmmədovun idarə etdiyi “Tayota Land-kruzer” markalı avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılıb. ARMəmməd Məmmədov dindirmə zamanı narkotik maddə istifadə etdiyini etiraf edib. Bərdə rayon polis şöbəsində sürücünün üzərində aparılan axtarış zamanı onun cibindən narkotik vasitə hesab edilən marixuana aşkar edilərək götürülüb. Sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 333.2-ci maddəsi ilə protokol tərtib olunub. Bərdə rayon məhkəməsinin qərarı ilə Məmməd Məmmədov 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 400 manat cərimə…

Read More
İdman Region Xəbərləri 

Şahin Hərbi İdman Oyunlarının Bərdə rayon birinciliyinin qalibləri təltif olunub

ARANTV.AZ xəbər verir ki, 18 aprel 2023-cü il tarixdə “Şahin” hərbi-idman oyununun rayon birinciliyinin mükafatlandırılma mərasimi keçirilmişdir. Şəhid Alı adına şəhər 5 saylı tam orta məktəbdə keçirilən tədbirdə Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli və Qarabağ Regional Təhsil İdarəsinin Bərdə Sektorunun müdiri Qurban Məmmədov çıxış edərək qalibləri təbrik etmişlər və zona birinciliyinə vəsiqə qazanmış Y.Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbin komandasına uğurlar diləmişlər. Qalib komandalar Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli Diplomları ilə təltif olunmuşlar: I yer – Y.Kərimov adına Yeni Daşkənd kənd…

Read More
Region Xəbərləri Təhsil 

Bərdənin Kətəlparaq məktəbində Heydər Əliyev ilinə həsr olunmuş tədbir keçirilib

Aprelin 18-də Bərdə rayon Kətəlparaq kənd tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş maraqlı tədbir təşkil edilib. ARANTV.AZ-ın xəbərinə görə şagirdlərin ifasında şerlər qiraət olunub, ədəbi – bədii kompozisiya nümayiş etdirilib. Məktəb direktoru bildirib ki, Heydər Əliyev ili çərçivəsində tədbirlər davamlı xarakterlidir. İlin sonuna kimi müntəzəm olaraq belə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Sonda iştirakçılar tədbirdən xoş təəssüratlarla ayrılıb.

Read More
Bölgə Hadisə Region Xəbərləri 

Tərtərdə bir nəfər mülkü şəxs minaya düşüb- VİDEO

Xəstəxanaya çatdırılan 43 yaşlı kişinin ayağı amputasiya olunub. Hadisə rayonunun Borsunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini 43 yaşlı Elnur Əsgərov kənd ərazisində açıq sahədə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs əvvəlcə Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb onun vəziyyəti ağır olduğu üçün cərrahiyyə əməliyyata qaldırılıb. Sol aşağı ətrafın pəncə nahiyəsindən travmatik amputasiya olunub. Zərərçəkənin vəziyyətinin ağır olduğundan Bərdə mərkəzi rayon xəstəxanasına göndərilib. Hazırda vəziyyəti orta ağırdır. Qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma davam etdirilir. Xatırladaq ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları…

Read More
Region Xəbərləri 

Cəlilabadda qonaq olan Xarıbülbül öz yurduna qayıdır FOTO VİDEO

Xarıbülbül Azərbaycanda, əsasən Qarabağda – Şuşada bitdiyindən həmin yerin rəmzi sayılır. Lakin bu bitkiyə Cəlilabad rayonunun bir neçə kəndində də rast gəlmək mümkündür. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xarıbülbül rayonun Tahirli, Cəngan və bir neçə kəndində bitir. Yad torpaqda çətinliklə böyüsə də, tez məhv olur. Xarıbülbülün rayon ərazisində bitməsi sakinlərin marağına səbəb olub. Cəngan kənd ziyalısı Dadaş Bayramov bildirir ki, bu bitki Şuşa torpağında daha yaxşı bitir. Xarıbülbülün Cəlilabadda bitməsi kənd sakinləri tərəfindən təsadüf nəticəsində aşkar edilib. Cəngan kəndi ərazisində yalnız iki yerdə bitdiyindən, həmin ərazilər sakinlər tərəfindən qorunur.…

Read More
Region Xəbərləri 

Yuxarı Qarabağ kanalında son vəziyyət necədir? – VİDEO

Yuxarı Qarabağ kanalında yaranan qəza şəraitini aradan qaldırmaq üçün sahil bərkitmə işləri aparılır. Belə ki, kanalda suyun səviyyəsi tamamilə aşağı salınıb. Qeyd edək ki, aprelin 16-da Yuxarı Qarabağ kanalının Bərdə rayon ərazisindən keçən hissəsində su kanalının 51-ci kilometrində baş verən su sızmasının qarşısı alınıb. Daha ətraflı Baku TV-nin süjetində:

Read More
Region Xəbərləri 

Yuxarı Qarabağ kanalı daşıb – FOTO

Yuxarı Qarabağ kanalı daşıb. “Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Bərdə rayonu Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində qeydə alınıb. Suyun daşması nəticəsində xeyli ərazi su altında qalıb. Yuxarı Qarabağ kanalı idarəsində “Report”un sorğusuna cavab olaraq bildirilib ki, suyun daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb. Daşmaya səbəb isə kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.  

Read More
Region Xəbərləri 

Yuxarı Qarabağ kanalı daşıb

Yuxarı Qarabağ kanalı daşıb. Hadisə Bərdə rayonu Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində qeydə alınıb. Suyun daşması nəticəsində xeyli ərazi su altında qalıb. Yuxarı Qarabağ kanalı idarəsində “Report”un sorğusuna cavab olaraq bildirilib ki, suyun daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb. Daşmaya səbəb isə kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.

Read More
Bölgə Gündəm Hadisə Region Xəbərləri 

ərdədə küçə itləri insanlar üçün real təhlükədir-VİDEO

Sahibsiz itlərin insanlara hücum edərək onlara xəsarət yetirir. Görüntülər Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyindəndir.Burada sahibsiz itlər sürü ilə gəzişir və insanlara​ hücum edir. Odur ki, sahibsiz itlər sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Sakinlər küçələrdə, həyətlərdə və digər yaşayış mərkəzlərində ciddi təhlükə olan sahibsiz itlərinin hücumundan narahat olduqlarını bildirirlər. Son vaxtlar şəhərciyin bir nəcə sakini it dişləməsi nəticəsində ciddi xəsarət alıb. Onlar küçə itlərinə görə övladlarının məktəbə gediş-gəlişi ilə bağlı problem yaşadıqlarını qeyd edirlər. Sakinlər xüsusən məktəb yaşlı övladlarından çox narahatdır. Məsələyə bağlı Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət…

Read More