Bərdədə narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücü saxlanılıb+Video
Bərdə rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində Məmməd Məmmədovun idarə etdiyi “Tayota Land-kruzer” markalı avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılıb.
ARMəmməd Məmmədov dindirmə zamanı narkotik maddə istifadə etdiyini etiraf edib. Bərdə rayon polis şöbəsində sürücünün üzərində aparılan axtarış zamanı onun cibindən narkotik vasitə hesab edilən marixuana aşkar edilərək götürülüb. Sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 333.2-ci maddəsi ilə protokol tərtib olunub. Bərdə rayon məhkəməsinin qərarı ilə Məmməd Məmmədov 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 400 manat cərimə edilib.
ARANTV

