Beynəlxalq idman ailəsinin etibarlı üzvü
Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması prioritet istiqamətlərdir. Həm dünya, həm qonşu, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yüksələn xətlə inkişafı bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin bu günlərdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə səfəri də bu baxımdan diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rahmon ilə təkbətək görüşü keçirildi. Söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlandı, yüksəksəviyyəli qarşılıqlı…
Read More