Region Xəbərləri 

Bərdə rayonunda terror qurbanlarının xatirəsi yad edilib.

Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, həlak olanların ailə üzvləri və yaxınları iştirak ediblər.
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan raketlər nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə güllər düzülüb, xatirələri yad olunub.

Xatırladaq ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib. Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak olub, 82 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Daha çox xəbərlər