27 Sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, müavinlər, şöbə və bölmə müdirləri, tibb və qeyri-tibb personalı, Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, SHXÇDX-nin nümayəndəliyi, tibb müəssisəsində çalışan şəhid anaları, qazi və veteranlar iştirak edib. Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı Vüsal Məmmədov çıxış edərək Respublika Prezidentinin Sərəncamı ilə hər il sentyabrın 27-də şəhidlərin ruhuna hörmət əlaməti olaraq ölkəmizin hər yerində qeyd edildiyini xatırladıb.…
Read More