Region Xəbərləri 

Bərdə rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilib

Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə rayon Zümürxan kənd tam orta məktəbdə “Erkən və qohumlar arasında nikahların mənfi nəticələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Komissiyanın sədri Səfurə Hümbətova, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Mehtiyeva və Hüquq şöbəsinin müdiri Zaur Quliyev, Mərkəzi Rayon Xəstəxanasının həkim mama-ginekoloqu Aynur Həsənova, QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, komissiyanın üzvü Liza Cabbarova, məktəbin pedaqoji heyəti, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirdə erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinin aktual ailə problemlərindən olduğu diqqətə çatdırılıb. Bildirilib ki, erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir. Bu həmin hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kim ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Sonda erkən nikahlardan çəkinmək və qohum evliliklərindən uzaq durmağın vacibliyi haqqında yekun tövsiyələr müzakirə edilib.

Daha çox xəbərlər