Azərbaycanın xaricdəki səfirləri Xankəndidə- FOTO
Diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirəsinin iştirakçıları Xankəndi şəhərinə səfər ediblər. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyəti Xankəndinin mərkəzi hissəsi ilə tanış olaraq, şəhərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yaxından maraqlanıblar. Daha sonra Qarabağ Universitetində diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilib. Tədbirdə çıxış edən Xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Xankəndi şəhərinin təməli Qarabağ xanlığı tərəfindən 1823- cü ildə qoyulub.…
Read More