Region Xəbərləri 

Milli dəyərlərimizin ən fəal təbliğatçıları

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Milli dəyərlərimizin, adət-ənələrimizin ən fəal təbliğatçıları olan qadınlarımız cəmiyyətimizdə mühüm rol oynadığı kimi, cəmiyyətin möhkəmliyi üçün də etibarlı təməldir. Qadına müqəddəs münasibət Azərbaycan xalqının tarixi keyfiyyətlərindəndir. Əsatirlərimizə müraciət etsək qadınlara bu haqqın tanınmasını təsdiq edən amillərin uzaq keçmişimizdən qanaqlandığını görmək olar. Bu da xalqımızın, millətimizin insan huquqlarına hörmət və ehtiramını əks etdirən ən qiymətli dəyərlərimizdəndir. Qadına dəyər siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə rəsmiləşdirilərək dövlət statusu almışdır. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatında 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə musiqili tədbir keçirilib.

YAP Bərdə rayon təşkilatı Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon nümayəndəliyi ilə birlikdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə musiqili tədbir keçirib. Tədbirdən öncə rayonun YAP üzvü olan şəhid anaları və fəal qadınları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş…

Read More
Region Xəbərləri 

Ağdərənin Həsənriz kəndinə ilk köç oldu. 

Bu gün 25 ailədən ibarət 91 nəfər Ağdərə rayonunun Həsənriz kəndinə köçdü.   Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ailələrə mənzillərin açarlarının təqdim edilməsi mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər.   Ailələri qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına…

Read More
Region Xəbərləri 

Xankəndi Ağdərə və Xocalıda buraxılış imtahanları keçirilib- FOTO 

Xankəndi Ağdərə və Xocalıda buraxılış imtahanları keçirilib- FOTO   Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən orta məktəblərdə təşkil edilib.   Martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.   Buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli , Ağdərə rayon Talış kənd , Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib.İşğaldan azad olunan ərazilərdə Xankəndi, Ağdərə və Xocalıda keçirilən imtahanlarda ümumilikdə 26 şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.   İmtahan prosesinin…

Read More
Region Xəbərləri 

Füzulidə narkokuryerlik edən șəxs saxlanıldı -VİDEO

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elçin Abbaslı saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan ARANTV.AZ – a bildirilib ki, E.Abbaslıdan 9 kiloqram 720 qram marixuana, 3 kiloqram 500 qram tiryək və 100 ədəd metodon həbi aşkarlanıb. O, şəxsiyyəti istintaqla araşdırılan İran sakini vasitəsi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib.   Faktla bağlı cinayət işi başlanılıb. E.Abbaslı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  

Read More
Region Xəbərləri 

Dostluq və qardaşlıq prinsiplərinə söykənən əməkdaşlıq

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və çoxtərəfli çərçivədə  əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Son zamanlar reallaşdırılan qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın dərinləşməsində əhəmiyyətli rol oynayır. Bu günlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri ölkə mətbuatında geniş müzakirə edilir. Səfər çərçivəsində iki ölkənin dostluğunu, qardaşlığını təsdiqləyən mühüm məqamlar geniş müzakirə olundu, perspektivlər açıqlandı. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının şahidinə çevrildi.…

Read More
Region Xəbərləri 

Bərdə rayonunda “Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər” layihəsininicrası başa çatıb.

Bərdə rayonunda 2024-cü ilin iyul ayından icrasına başlanılan ‘Dayanıqlı İnkişaf naminə Bacarıqlı Bizneslər’ layihəsi fevral ayında yekunlaşdı. Layihə rəhbəri, Ülviyyə Babayevanın verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri, xüsusilə vergi hesabatlarında çətinliklərlə üzləşirlər. Bu, maliyyə idarəçiliyi və vergi məsələləri baxımından ciddi problemlərə yol açır, hansı ki, maliyyə cərimələri kimi əlavə ödənişlər yaranır. “Sözügedən layihənin icrası ilə, 8 ay ərzində, biz bu kimi problemləri həll etmək məqsədilə, layihə çərçivəsində Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətlərə (MMC) və sahibkarlıq subyektlərinə, peşəkar ekspertlərin dəstəyi…

Read More
Region Xəbərləri 

Bərdə Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33 illiyinə həsr edilmiş tədbir keçirilib – VİDEO  

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, aparatının məsul işçiləri, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların rəhbərləri və fəalları, Bərdədə müvəqqəti məskunlaşmış Xocalı sakinləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Rəsmi hissədən öncə tədbir iştirakçıları rayon məktəblilərinin “Xocalıya ədalət” adlı rəsm sərgisi ilə tanış olublar. Tədbiri açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Xocalı faciəsi ilə əlaqədar məruzə edib. Xocalı faciəsinin bütünlükdə insanlığa qarşı törədilmiş ən ağır cinayət olduğunu vurğulayıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfəri, həmçinin uğurlu antiterror…

Read More