Xocalının Ballıca kəndinə daha 22 ailə köçürüldü- FOTO
Keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Xocalı rayonuna qayıdışı davam edir. Fevralın 24-də növbəti köç karvanı respublikamızın müxtəlif şəhər və rayonlarından Xocalıya yola salınıb.Bu mərhələdə 95 nəfərlik 22 ailə artıq daimi yaşamaq üçün Ballıca kəndindəki fərdi yaşayış evlərinə yerləşdirilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Xocalı rayonuna köç edən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, torpaqlarımızı işğaldan azad edən Azərbaycan…
Read More