Region Xəbərləri 

Ağcabədidə narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunublar

Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı spirtli içki qəbul edərək avtomobil idarə edən 3, narkotik vasitənin təsirində olan 1 sürücü müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib.   Bu istiqamətdə tədbirlər davam etdirilir.

Read More
Region Xəbərləri 

Ağcabədidə saxlanılan şəxsdən polis 10 kiloqram narkotik vasitələr aşkarladı-VİDEO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Vüsal Əliyev saxlanılıb. Onun idarəsində olan avtombildən götürülən çantaya baxış zamanı *6 kiloqram marixuana*, *2 kiloqram heroin* və *2 kiloqram həşiş* aşkarlanıb. V.Əliyevin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.   Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Region Xəbərləri 

Ağcabədidə polis tərəfindən partlayıcı vasitələr və silahlar götürülüb

Ağcabədidə polis tərəfindən partlayıcı vasitələr və silahlar götürülüb   Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon ərzaisindən 4 qumbara, 2 “Kalaşnikov” avtomatı, xeyli sayda patron tapılaraq götürülüb. Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.   Bu istiqamətdə tədbirlər davam etdirilir.

Read More
Region Xəbərləri 

Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb – VİDEO

  Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir nəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb. Ondan 8 kiloqram marixuana aşkarlanıb. Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər – Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.   Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Read More
Region Xəbərləri 

Ağdamda polis kabel oğrusunu saxlayıb – VİDEO

Ağdamda polisə rayon ərazisində yerləşən artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabelin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.   Faktla bağlı araşdırmalar davam etdirilir.

Read More
Region Xəbərləri 

Bərdədə polisin keçirdiyi əməliyyat tədbiri zamanı 3 kiloqram tiryək aşkarlanıb-VİDEO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağaxan Sabirov saxlanılıb. Onun yaşadığı ünvandan 3 kiloqramdan artıq tiryək aşkarlanıb. Həmin şəxs narkotikləri satış məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, A.Sabirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Region Xəbərləri 

Xankəndinin polis rəisi şagirdlərlə görüşdü -FOTO

Fevralın 7-də Xankəndi Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərdə yerləşən Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.   “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!”, “Erkən nikahın fəsadları”, “Dini radikalizmlə mübarizə”, “Tütün məmulatlarının sağlamlığa zərəri” və DİN-in Polis Akademiyasında təhsilə təşviq mövzularında keçirilən tədbirdə digər dövlət orqanlarının nümayəndələri, orta məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak edib.   Görüşdə çıxış edən Xankəndi Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Zaur Nəsirov narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr, məhvedici təsirləri, eləcə də…

Read More
Region Xəbərləri Təhsil 

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olunub.

Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4saylı tam orta məktəb – də Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olunub. 07 fevral Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Onun əfsanəyə çevrilən sücaəti Azərbaycan gəncliyi üçün unudulmaz vətənpərvərlik nümunəsi, böyük Zəfərə gedən yolun işığı oldu. Xalqımızın igid oğlunun əziz xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq!

Read More
Region Xəbərləri Təhsil 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr edilmiş tədbir keçirilib.

07.02.2025-ci il tarixində Türk dünyasının qüruru,Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar Bәrdә rayon A.Süleymanov adına Şorәlli kәnd tam orta mәktәbin IX,X,XI sinif şagirdlərinin iştirakı ilə Mübariz İbrahimovun şərəfli həyat yolundan bəhs edən film nümayiş etdirilib.

Read More