Region Xəbərləri 

Ballıcada həyat canlanır- FOTOREPORTAJ

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. Bu günədək Xocalı rayonunun Ballıca kəndinə 68 ailə (373 nəfərin) köçürülməsi təmin olunub. Böyük Qayıdışın başlandığı kənddə keçmiş məcburi köckünlərin rahat məskunlaşması üçün hər çür şərait yaradılıb. Kənd fasiləsiz elektirik enerjisi, təbii qaz, icməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. Yenidən bərpa olunan Ballıca kəndində zəruri sosial-texniki infrastruktur qurulub. Ballıcada sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Burada fəaliyyət göstərən dövlət müəssisələri, özəl qurumlar…

Read More
Region Xəbərləri 

YAP-a olan etimad yeni səhifələr açır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu,Uğurbəyli və Qarayusifli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.Görüşlərdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Yeni Azərbaycan Partiyası sözün həqiqi mənasında Azərbaycanın siyasi palitrasının ən güclü, ən böyük partiyasıdır və xalqımızın ən çox dəstəklədiyi siyasi təşkilatdır. O, çıxışında partiyanın indiyə qədər keçirilmiş bələdiyyə seçkilərində fəal iştirak edərək inamlı qələbələr qazandığını vurğulayıb.Daha sonra təşkialtın sədri seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.Görüşlərdə çıxış edən seçki qərargahının üzvü Elməddin Əsgərxanov,Uğurbəyli…

Read More
Region Xəbərləri Təhsil 

Bərdədə şəhid Alı adına şəhər 5 nömrəli tam orta məktəbdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə şəhid Alı Mustafayev adına şəhər 5 nömrəli tam orta məktəbdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə komissiyanın sədri Səfurə Hümbətova, komissiyanın üzvü Liza Cabbarova, QMƏVŞAİB-in rayon şöbəsinin sədri Etibar Hüseynova, regional “ASAN Xidmət” Mərkəzinin əməkdaşı Bəhruz Abdullayev, şəhid Alı adına şəhər 5 nömrəli tam orta məktəbin direktoru Teymur Həmidov, təlim-tədris işləri üzrə direktor müavini Aynur Baxşəliyeva, ədəbiyyat müəllimi Elmira Babayeva, tarix müəllimi Məfkurə Allahverdiyeva və məktəblilər iştirak ediblər. Tədbir zamanı uşaq hüquqlarının müdafiəsi,…

Read More
Region Xəbərləri 

Dərin köklərə söykənən dostluq

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Qonşu olduğumuz və müstəqilliyin əldə olunmasından indiyədək dostluq münasibətlərimizi, qarşılıqlı əməkdaşlığı uğurla davam etdirdiyimiz dövlətlərdən biri də Gürcüstandır. Gürcüstan ilə əlaqələrimiz strateji əhəmiyyət daşıyır. 1996-cı ildə  imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” bu əməkdaşlığın əsası kimi dəyərləndirilir. Digər mühüm məqam  Azərbaycanın həyata keçirdiyi böyük enerji layihələrinin ilk dayanacağı Gürcüstandır. Azərbaycan nefti və qazı məhz Gürcüstandan keçməklə Avropa bazarlarına çatdırılır. Yanvarın 17-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında dövlətimizin başçısı…

Read More
Region Xəbərləri 

Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələ

Yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdilər. Görüşdə hər iki ölkə arasındakı siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq və gələcək perspektivlər müzakirə olundu. Bu görüş iki dövlət arasında tarixi əlaqələrin davamlılığını və regionun sabitliyinə verdiyi töhfələri bir daha nümayiş etdirdi. Azərbaycan və Gürcüstanın əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq əlaqələri bu gün də müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir. Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin qısa zaman ərzində Azərbaycana üçüncü dəfə səfər etməsini iki ölkə arasında…

Read More
Region Xəbərləri 

Xocalı şəhəri yaşıllığa bürünür – FOTOREPORTAJ 

İşğaldan azad olunmuş Xocalı rayonunda infrastrukturun yenidən qurulması, ekoloji tarazlığın bərpası məqsədilə böyük yaşıllıq sahələri salınır.   Xocalı şəhərində geniş tikinti bərpa quruçuluğu işləri ilə bərabər yaşıllıq sahələrinin də yenidən qurulmasına xüsusi diqqət yetirilir. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq eldar şamı, şərq çinarı, leylandii, italyan şamı, ağcaqayın, zeytun kimi ağac növləri, həmçinin müxtəlif dekorativ kollar və çiçəklər əkilir. Yerli və dekorativ ağac növləri yenidən qurulan şəhərə bir başqa gözəllik verir. Ağacların suvarılması və…

Read More
Region Xəbərləri 

Xankəndi ağ örpəyə büründü – FOTOREPORTAJ

Bu gün səhər saatlarından başlayaraq yağan qar Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrini ağ örpəyə bürüyüb. Şəhər ərazisində qarın hündürlüyü bir necə santimetrə çatıb. Sakinlər qarı böyük sevinclə qarşılayıblar.Qar şəhərin füsunkar gözəlliyinə əlavə rəng qatıb. Təbiət ağ örpəyə bürünüb. Bu mənzərələri görməyə dəyər. Bu səbəbdən də Xankəndinin əsrarəngiz görüntülərini təqdim edirik.

Read More
Region Xəbərləri 

Bərdədə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi yad olunub VİDEO+FOTO

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul əməkdaşları, YAP rayon təşkilatı, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat, ictimai birlik rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Vətən müharibəsi zamanı Ermənistan Silahlı birləşmələrinin Bərdə rayonuna atdığı Smerç tipli raketlər nəticəsində şəhid olmuş dinc Bərdə sakinlərinin xatirəsinə salınmış guşə önünə qərənfillər düzərək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi ehtiramla anıblar. Sonra Vətən uğrunda canından keçmiş şəhidlərin uyuduğu “Şəhidlər xiyabanı” ziyarət olunub, onların…

Read More
Region Xəbərləri 

Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi- FOTO- VİDEO 

20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda da yad edilib. Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Xankəndi şəhəri və Xocalı rayonu ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb.

Read More
Region Xəbərləri 

20 Yanvar faciəsinin 35-ci ildönümü

Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin…

Read More