Region Xəbərləri 

Zəfər Günü – Qələbənin Simvolu və Vətənimizin Tarixindəki Önəmi

2020-ci il 27 sentyabr tarixi Azərbaycanın müstəqillik mübarizəsində bir dönüm nöqtəsi oldu. Bu gün 44 günlük Vətən müharibəsi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda həyata keçirilən döyüşlərin başlaması ilə yaddaşlara həkk olundu. 8 noyabr 2020-ci il isə bu müharibənin qələbə ilə başa çatdığı, vətənimizin ərazi bütövlüyünün bərpa edildiyi gündür. 8 noyabr müstəqil Azərbaycan Respublikasının tarixində Zəfər Günü kimi qeyd olunur. Bu gün yalnız hərbi bir qələbə deyil, həm də xalqın birlik və bərabərlik içində olduğu bir dövrün simvolu kimi dəyərləndirilir. 1988-ci ildən etibarən başlayan Ermənistan-Azərbaycan münaqişəsi 1991-ci ildən müharibəyə…

Read More
Region Xəbərləri 

Qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycanın gücünün, qüdrətinin, xalqımızın yenilməzliyinin dünyaya təqdimatı olan tarixi Zəfərimizin dördüncü ildönümünü qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən amillərdən bəhs edərkən birliyimiz, həmrəyliyimiz xüsusi qeyd edilir.  Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Vətən müharibəsi zamanı siyasi partiyalar Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzaladılar. Siyasi partiyalar tərəfindən ümumilikdə 9 birgə bəyanat və 3 müraciət imzalandı.  İkinci Qarabağ müharibəsi…

Read More
Region Xəbərləri 

Bərdədə 4 kiloqram marixuana aşkarlanıb Video

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Səbuhi Qasımov saxlanılıb. Ondan 4 kiloqramdan artıq marixuana aşkarlanıb. Həmçinin, saxlanılan şəxsin rayon ərazisində yerləşən 7 fərdi yaşayıș evindən oğurluq etdiyi də müəyyən olunub.   Faktlarla bağlı cinayət işi başlanılıb, S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Region Xəbərləri 

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Vaz” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Fərid Mustafayevə “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitə olan marixuanının təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb. F.Mustafayev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən 15 sutka inzibati qaydada həbs edilib.

Read More
Region Xəbərləri 

ŞİMAL -QƏRB VƏ ŞİMAL CƏNUB NƏQLİYYAT DƏHLİZLƏRİNİN AZƏRBAYCAN ÜÇÜN GEOSİYASİ ƏHƏMİYYƏTİ

Azərbaycan müstəqillik əldə etdikdən sonra neft və qaz sektorunu inkişaf etdirmək üçün bütün gücünü səfərbər etdi.Azərbaycan qonşu ölkələrlə və strateji tərəfdaşlarla iqtisadi əlaqələrini gücləndirərək regionda inkişaf etmiş ölkələrin birinə çevrildi.Əsrin müqaviləsi,Cənub-Qaz dəhlizi,Şah- Dəniz layihəsi kimi nüfuzlu layihələr yaradılması Azərbaycanın enerji məsələlərində etibarlı tərəfdaş və təhlükəsiz tranzit ölkə kimi nüfuzunu möhkəmləndirdi.Bu naliyyətlər Azərbaycanın Şərq- Qərb,Şimal-Cənub nəqliyyat dəhlizlərinin həyata keçirilməsində xüsusi rola malik olmasına gətirib çıxarmışdır. Strateji baxımdan mühüm geosiyasi məkanda – Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlərboyu transmilli dünya güclərinin xüsusi maraq…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı Aparatının kollektivi mülki şəhid ailəsini ziyarət edib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya başda olmaqla Aparatın kollektivi Vətən müharibəsi dövründə Ermənistanın Bərdəyə atdığı “Smerc” tipli raket nəticəsində həlak olmuş mülki şəhid Leyla Mustafayevanın ailəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Mülki şəhid Leyla Mustafayevanın ailəsi, YAP üzvü olan qızları Sevinc Mustafayeva və Əfsanə Əliyeva ölkə Prezidenti, Müzəffər Lider cənab İlham Əliyevə və ölkənin birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya dövlət səviyyəsində şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Read More
Region Xəbərləri 

Millət vəkili Xanlar Fətiyev Bərdədə mülki şəhid ailələrini ziyarət edib

Vətən müharibəsi dövründə Ermənistanın hərbi qüvvələrinin  Bərdə və onun Qarayusifli kəndində dinc əhalini “Smerc” tipli raket atəşinə tutmasından dörd il vaxt keçir. Millət vəkili Xanlar Fətiyev, YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya və rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə Bərdədə Ermənistan tərəfindən törədilmiş terror qurbanı olan mülki şəhidlərin ailələrinə baş çəkiblər. Onlar öncə kəndin şəhidlərinin xatirəsinə salınmış kompleksi ziyarət edib, önünə tər güllər düzüblər. Sonra mülki şəhidlərin ailələrinə baş çəkilib. Millət vəkili Xanlar Fətiyev onların problem və çətinlikləri ilə maraqlanıb, şəhid ailələrinə maddi və mənəvi dəstək olmağa çalışıb. Şəhid…

Read More
Region Xəbərləri 

Bərdədə anım tədbiri keşirilib

Millət vəkili Xanlar Fətiyev Bərdədə Vətən müharibəsi dövründə  Ermənistanın dinc əhalini raket atəşinə tutması nəticəsində həlak olan mülki şəhidlərin xatirəsini anım tədbirində iştirak edib. ARANTV.AZ xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə mülki şəhidlərin  xatirəsinə salınmış lövhə ziyarət olunub, önünə tər güllər düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb. Anım tədbirində rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etmiş, Ermənistanın Bərdədə beş dəfə törətdiyi terror faciəsi zamanı 28 nəfərin şəhid olduğunu, 112 nəfərin əlil olduğunu bildirmişdir. Ümumrayon tədbirindən sonra Millət vəkili Xanlar Fətiyev mülki şəhid ailələrini ziyarət etmiş, onların…

Read More
Region Xəbərləri 

Uğurlu əməkdaşlıq əlaqələri 

Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ötən illərdə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmışdır. Dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Azərbaycanda mülki cəmiyyətin qurulması, təhlükəsizlik problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib. Hər bir liderin dövlət idarəçiliyində qazandığı uğur və nailiyyətləri şərtləndirən başlıca amillərdən…

Read More