Region Xəbərləri 

Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir

Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Müstəqillik illərində əlaqələr daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb.İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında…

Read More
Region Xəbərləri 

Qırğızıstan və Azərbaycan münasibətləri

Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19- da qurulub. 24 aprel 2024-cu il tarixində Dövlətlərarası Şuranın uğurla keçən ikinci iclasında imzalanmış sənədlər iki dövlətin qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək. Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət…

Read More
Region Xəbərləri 

Dostluq, qarşılıqlı anlaşma, məqsədyönlülük

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Dövlət başçısı İlham Əliyev bu günlərdə Rusiya Federasiyasına işgüzar səfər etdi. Hər bir səfər əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, mahiyyəti ilə diqqətdə olur. Belə ki, cənab İlham Əliyev sözügedən səfər çərçivəsində Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə iştirak etdi. İstər Rusiya Prezidenti ilə təkbətək, istərsə də qeyd etdiyimiz görüşdə iki ölkə arasında əlaqələrin gündəliyinə diqqət yetirildi. Bir daha qeyd edildi ki, əlaqələrin bütün sahələrdə uğurlu inkişafı üçün imkanlar mövcuddur. Rusiya-Azərbaycan münasibətləri dostluq,…

Read More
Region Xəbərləri 

COP29 sülh prosesinin nəticəsidir

“COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır”. Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib. “Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı və Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş şahmat üzrə Xatirə turniri keçirmişdir.

YAP Bərdə rayon təşkilatı və Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə rayon Uşaq Gənclər İdman Şahmat məktəbində Ulu öndər Heydər Əliyevin anadan olmasının yüz bir illiyinə həsr edilmiş məktəblilər arasında şahmat üzrə Xatirə turniri keçirilmişdir. Xatirə turniri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmışdır. Öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmişdir. Turniri açıq elan edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya və Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Qurban Məmmədov Ulu öndər Heydər Əliyevin zəngin…

Read More
Region Xəbərləri 

Azərbaycan – Rusiya münasibətlərinin sürətli inkişafı

Tarixən dostluq münasibətlərimiz olan xalqlarımız arasındakı münasibətlər dövlətlərimiz arasında olan səmimi əlaqələrin hesabına daha da inkişaf edib. Məhz SSRİ süquta uğradıqdan sonra ilk dəfə olaraq Azərbaycan və Rusiyanın münasibətləri bu qədər sıxlaşaraq, dərinləşmişdir. Belə olan halda əməkdaşlığın gələcək inkişafının əsas kontorları müəyyən edilir və inkişafa yönümlü addımlar atılır. Azərbaycan-Rusiya əlaqələrinin tarixinə kiçik bir ekskursiya edilsə sezilər ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə iki ölkə arasında münasibətlər o qədər də asan olmayıb. Lakin Azərbaycanın Ümummillli Lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil…

Read More
Region Xəbərləri Təhsil 

A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbdə “Oxu günü” tədbiri keçirilib.

Aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbdə “Oxu günü” tədbiri keçirilib.Tədbirdə bədii əsərlərin oxusu və müzakirəsi,kitab sərgisi təşkil olunmuşdur.Sonda şagirdlər arasında viktorina təşkil edilmiş və kitab sərgisinə baxış keçirilmişdir.

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı tərəfindən YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilmişdir.

Xalqımızın ziyalı ordusu Ulu öndər Heydər Əliyev ideyalarının aparıcı daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının sıralarında olmağı özünə şərəf və qürur hesab edir. Xüsusilə, son illər Müzəffər Lider cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanımızın əldə etdiyi böyük Zəfərlər və Qələbələr xalqımızın bu Partiyaya olan inam və bağlılığını ən yüksək həddə çatdırmışdır. Burada gənclərin, qadınların və ziyalıların say çoxluğu onun əbədiyaşarlılığına təminat yaradır. YAP Bərdə rayon təşkilatından YAP-a yeni üzv olanların içərisində ziyalıların sayı çoxluq təşkil edir. Bu da sıralarımızın həm kəmiyyət, həm keyfiyyət baxımından möhkəmliyini artırır. Bugünlərdə Akademik Z.Əliyeva adına…

Read More
Region Xəbərləri 

Görülən işlər iqtisadi imkanlarımızın təqdimatında öz sözünü deyir

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak etdi. Hər bir bölgənin, ümumilikdə ölkənin inkişafına yönələn bu addımlar davamlılığı ilə diqqətdədir. Ölkə Prezidentinin regionlara səfərləri bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Regionların inkişafı üçün uğurla reallaşdırılan Dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımını, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, yeni iş yerlərinin açılmasını, nəticədə əhalinin məşğulluğunun təmin olunmasını şərtləndirir. Dövlət başçısı İlham Əliyevin sözügedən təməlqoyma mərasimində qeyd etdiyi kimi,…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı “Yasıl Dünya Həmrəyliyi ili” çərçivəsində gül və ağacəkmə aksiyası həyata keçirmişdir.

YAP Bərdə rayon təşkilatı ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Yaşıl Dünya Həmrəyliyi ili” çərçivəsində gül və agacəkmə aksiyası həyata keçirmişdir. Aksiya zamanı ərazi qurumuş ağaclardan təmizlənmis, yerinə gül və ağac tinkləri əkilmişdir. Aksiyada YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya başda olmaqla Aparatın əməkdaşları və Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecindən olan gənc YAP üzvləri fəal iştirak etmişlər.

Read More