Münbit sərmayə iqliminin nəticəsi
Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirildi. Hər bir beynəlxalq əhəmiyyətli tədbir iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında öz sözünü deyir. Dövlət başçısı İlham Əliyev Zirvə toplantısında çıxışında ölkəmizin malik olduğu iqtisadi potensialdan, regional inkişafa, həmçinin təşkilata üzv ölkələr arasında logistik əlaqələrin daha da möhkəmlənməsinə verdiyi töhfələrdən geniş bəhs etdi. Azərbaycanın böyük investisiya məkanına çevrildiyi rəqəmlər əsasında diqqətə çatdırıldı və gələcəklə bağlı hədəflər açıqlandı. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və…
Read More