Region Xəbərləri Təhsil 

8 Noyabr – Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilib.

F.M.Muradov adına 7 nömrəli tam orta məktəbdə Şanlı Zəfər gününün 3-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – “Zəfər Günü”nün qeyd edilməsi münasibətilə  tədbir keçirib. Tədbirdə məktəbin direktoru, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Əvvəlcə Azərbaycan dövlət himni səsləndirilib, daha sonra məktəbin direktoru Mehparə Mustafayeva çıxış edib və qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi…

Read More
Region Xəbərləri 

Tariximizdə yeni səhifə

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Əbəs yerə deyilmir ki, zaman hadisələri düzgün təhlil etmək və dəyərləndirmək üçün zəngin mənbədir. Tarixi Zəfərimizin üçüncü ildönümünü qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən amillərdən bəhs edərkən birliyimizi, həmrəyliyimizi xüsusi qeyd edirik. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq…

Read More
Region Xəbərləri 

Qarayusifli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Qarayusifli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illərdə kənd qazlaşdırılıb, suvarma üçün 1 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib, kənddaxili 6,5 km yol qum-çınqılla əsaslı təmir edilib, kənddə elektrik və qaz xətləri texniki normaya…

Read More
Region Xəbərləri 

Bəzi rayonlarda ət ucuzlaşıb

Son günlər bəzi rayonlarda kəsim məntəqələrində ətin qiymətində enmə müşahidə olunur. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə rayonlardan biri Ağsudur. Satıcıların sözlərinə görə, əvvəllər 15, hətta 16 manata satılan dana ətinin 1 kiloqramının qiyməti hazırda rayon ərazisində 13-14 manata təklif olunur. Ət satışı ilə məşğul olan Ulduz Allahyarov bildirib ki, qiymətin enməsinə səbəb heyvan bazarındakı ucuzlaşma ilə bağlıdır: “Son bir neçə gündə heyvanın diri çəkisinin qiymətində qeydə alınan ucuzlaşma ət dükanlarında da qiymətə təsir edib. Buna görə də hazırda kəsim məntəqələrində qiymətlər 1, bəzi yerlərdə 2 manat aşağı enib”. Digər…

Read More
Region Xəbərləri 

30 illik xalqımızın ermənilər tərəfindən münaqişəyə cəlb olunması uşaqların da həyatından yan keçmədi

Uşaqlar gələcəyimizdir : Bu sözlər heç də təsadüfi deyilmir. Həqiqətən də hər bir ailədə doğulan körpə həmin nəslin davamı deməkdir. Bir evdə uşaq dünyaya gəldisə ondan sonra həyatın yeni gözəl anları başlayır. Həyatın mənasına yeni çalarlar əlavə olunur. Uşaqlar böyüdükcə fərəhli anlar yaşanır, sevincə- cevinc qarışır. Beləliklə, nəsldən nəslə keçid baş verir. Həyatın özqanunauyğunluqları var ki, heç hiss olunmadan bir nəsil, o biri nəsili səssizcə yola sala bilir. Beləcə , hər bir ailə də yetişən uşaq həm də cəmiyyətin tərkib hissəsinə çevrilmiş olur. Təəssüflər olsun ki, müasir dünyamızda müxtəlif xarakterli…

Read More
Region Xəbərləri 

İqtisadiyyatda strateji hədəf

Hər bir ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm amillərdən biri, heç şübhəsiz ki, maliyyə təminatı ilə bağlıdır. Bu cəhətdən Azərbaycanın vəziyyəti nikbinlik üçün əsas verir. Respublikamız dünyanın bir sıra ölkələrində ciddi fəsadlarla nəticələnən qlobal böhran illərində belə yüksək sosial-iqtisadi göstəricilərə nail olub. Bu isə, ilk növbədə, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin və dünyadakı yeni çağırışlara əsasən müəyyənləşdirilən prioritet sahələrin maliyyə təminatının gücləndirilməsi ilə bağlıdır. Belə ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində Azərbaycanın bütün sahələrdə…

Read More
Region Xəbərləri 

Uğurlara aparan yol xalq iqtidar birliyinin sarsilmazliğindan keçir!

“Heydər Əliyev ili” çərçivəsində YAP Bərdə rayon təşkilatının qazilərin tanidılması istiqamətində gördüyü işlər Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi rayon şöbəsinin Fəxri fərmanı ilə qiymətləndirilmişdir. Birliyin rayon şöbəsinin sədri Elçin Mustafayev mükafatın təşkilatın kollektivinə təqdimedilməsi zamanı dövlət səviyyəsində şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan danışmış və bu istiqamətdə YAP Bərdə rayon təşkilatının da hər zaman şəhid ailələri və qazilərə qayğı və həssaslıqla yanaşdığını xüsusu vurğulamışdır. -Mükafatlar hər zaman dəyərlidir. Bu dəfə əziyyətimizə qiymət verən Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin rayon şöbəsidir. Ona görə də bizim…

Read More
Region Xəbərləri 

Azərbaycanın gələcək inkişafına töhfə

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi bugünümüz və gələcəyimiz üçün möhkəm təməlin formalaşmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürərək iqtisadiyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Azərbaycanın iqtisadi imkanlarının dünyaya təqdimatında və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli…

Read More
Region Xəbərləri 

Şəhidlərin doğmaları Bərdə terrorundan danışdılar: “Balam bir dəfə, mən hər gün yanıram” – VİDEO

2020-ci il oktyabrın 28-də Ermənistan ordusu Bərdənin dinc əhalisini raket atəşinə məruz qoyub. Nəticədə 20 nəfər həlak olub, 82 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Oğlu Məhərrəm Mustafayevi həmin hadisədə itirən Sehranə Mustafayeva Baku TV-yə terrorun dəhşətlərindən danışıb. “İşdən çıxmışdı. Çörək alıb evə gələndə ətrafında bomba partlayıb və maşını alışıb. Balam bir dəfə, mən isə hər gün yanıram”, – deyə o bildirib. Şəhid Məhərrəmin anası oğlunun xeyirxah əməlindən də söz açıb: “Oğlum 44 günlük müharibədə Bərdə xəstəxanasına gətirilən iki əsgərə qan verib. Mən onunla fəxr edirəm. Bir oğul itirdim,…

Read More
Region Xəbərləri 

“Nə? Harada?Nə zaman?da “YAP Bərdə rayon təşkilatı komandası həvəsləndirici yer tutub.

Bugün YAP Mərkəzi Aparatı tərəfindən “Heydər Əliyev ili” çərçivəsində keçirilən “Nə? Harada?Nə zaman?” ümumrespublika İntellektual bilik yarışmasına start verildi. Ağcabədidə keçirilən 11 komandanın iştirak etdiyi birinci turda YAP Bərdə rayon təşkilatı komandası həvəsləndirici yer tutub. Komandamızın üzvlərinə daha böyük uğurlar arzulayırıq!

Read More