Region Xəbərləri Təhsil 

8 Noyabr – Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilib.

F.M.Muradov adına 7 nömrəli tam orta məktəbdə Şanlı Zəfər gününün 3-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – “Zəfər Günü”nün qeyd edilməsi münasibətilə  tədbir keçirib. Tədbirdə məktəbin direktoru, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Əvvəlcə Azərbaycan dövlət himni səsləndirilib, daha sonra məktəbin direktoru Mehparə Mustafayeva çıxış edib və qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Sonra şagirdlərin ifasında seirlər, mahnılar səsləndirilib, səhnəciklər göstərilib. Sonda direktor Mehparə Mustafayeva  çıxış edərək əməyi keçən tədbir iştirakçılarına təşəkkürünü bildirib və xatirə şəkilləri çəkilib.

Daha çox xəbərlər